Kontentə keç

21 YANVAR 2015-Cİ İL
FİLİPPİN

Haiyan tayfunundan bir il sonra zərərçəkənlər yeni evlərinə köçdülər

Haiyan tayfunundan bir il sonra zərərçəkənlər yeni evlərinə köçdülər

MANİLA, Filippin. Supertayfun Haiyandan sonra Yehovanın Şahidləri bir ildən az müddətdə 750-yə yaxın evi tikmək və ya bərpa etmək üçün genişmiqyaslı təmir işinə başladılar.

Beş könüllüdən ibarət tikinti heyəti orta hesabla bir evi beş günə tikdilər.

Yehovanın Şahidlərinin Filippindəki nümayəndəsi Din Ceysek belə dedi: «Məqsədimiz tikinti işini 2014-cü ilin sentyabrına kimi qurtarmaqdır. Tikinti işləri ilin birinci yarısında başladı. Çoxlu könüllülərin köməyi ilə avqust ayı başa çatmamış tikinti işi tamamlandı».

Yerli və beynəlxalq könüllülər tikinti işinə kömək etdilər.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası dünyanın dörd bir yanından dindaşlarının göndərdikləri ianələri bu yardım işinə xərclədilər.Yehovanın Şahidlərinin Maniladakı filialı təbii fəlakətin ziyan vurduğu ərazilərdə tikinti işini təşkil etmək üçün yardım komitəsi yaratdı. Bu işə Takloban şəhərində 167 evi, Ormok şəhərində 256 evi, Sebu şəhərində 101 evi, Roxas şəhərində isə 218 evi bərpa etmək və ya yenidən tikmək daxil idi. Filippindən olan 522 könüllü Yehovanın Şahidi ilə başqa ölkələrdən olan 90 könüllü Yehovanın Şahidi bu işdə iştirak etdilər.

Leyte birinci əyalət təmsilçisi Ferdinand Martin G. Romualdes.

Leyte birinci əyalət təmsilçisi Ferdinand Martin Romualdes qeyd etmişdi: «Yehovanın Şahidləri evlərin tikintisinə dərhal hay verən ilk qeyri-hökumət təşkilatıdır... Ailəmin və xalqımızın minnətdarlığını sözlərlə tam ifadə edə bilmirəm».

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +17185605000

Filippin: Din Ceysek, tel.: +6324116090