Kontentə keç

1 DEKABR 2017
MEKSİKA

Yehovanın Şahidləri Qvatemala və Meksikadakı dağıdıcı zəlzələlərdən sonra böyükmiqyaslı təmir-bərpa işlərinə başladı

Yehovanın Şahidləri Qvatemala və Meksikadakı dağıdıcı zəlzələlərdən sonra böyükmiqyaslı təmir-bərpa işlərinə başladı

Dekabrın 1-də təxminən 10 milyon dollar xərclənəcək böyükmiqyaslı yardım işinə başlanılır. Sentyabr ayında Qvatemala və Meksikada baş verən iki zəlzələdən ziyan çəkmiş 500-ə yaxın ev, 16 ibadət evi bərpa ediləcək və çoxlu təmir işləri görüləcək.

MEXİKO. Mərkəzi Amerikanın filial komitəsi 2017-ci ilin sentyabrında Qvatemala və Meksikada baş verən iki zəlzələdən sonra göstərdiyi yardım işinə dekabrın 1-i böyük miqyasda təmir-bərpa işlərinə başlamaqla davam edir. Filial zəlzələdən dərhal sonra zərərçəkən bacı-qardaşlarımıza ilkin yardım göstərib onları su, qida, dərman və geyimlə təmin etdi. Bundan sonra toplantı və ibadət zallarının, eləcə də bacı-qardaşlarımızın evlərinin təmir işinə başlanılması ilə növbəti yardım göstəriləcək.

Sentyabrın 7-si Meksikanın Çyapas və Oaxaka ştatlarında baş verən 8,2 bal gücündə zəlzələdən sonra 655 bacı-qardaşımız evsiz-eşiksiz qalıb. Bu iki ştatda 315 evin və 15 ibadət evinin yenidən bərpası da daxil olmaqla, yardım işləri planlaşdırıldı. Bundan əlavə, zəlzələdən ziyan görmüş 1039 ev, 108 ibadət evi və 3 toplantı zalı təmir olunacaq.

Sentyabrın 19-u Mexikoda, eləcə də Meksikanın Morelos və Puebla ştatlarında baş verən 7,1 bal gücündə zəlzələ 463 bacı-qardaşımızın evsiz qalmasına səbəb olub. Ümumilikdə 158 ev bərpa olunacaq, həmçinin 600 ev, 39 ibadət evi və bir toplantı zalı təmir olunacaq.

Sentyabrın 7-si Qvatemalada baş verən zəlzələdə 36 dindaşımız evini itirib. Növbəti aylarda tikinti briqadası və yerli könüllülər 9 evi və bir ibadət evini bərpa edəcəklər. Onlar həmçinin 20 ev və 4 ibadət evi təmir edəcəklər.

Filial komitəsi bildirir ki, 39 təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin görəcəyi işlərə 10 milyon dollar xərclənəcək və təmir işləri haradasa beş-altı ay davam edəcək. Təxminən 30 tikinti işçisi zərərçəkmiş ərazilərə köçəcək, üstəlik, 970 könüllü təmir-bərpa işlərinə yardım edəcək. Əminik ki, Yehova bu işə və zərərçəkmiş ərazidəki bacı-qardaşlarımız üçün «yardım işində iştirak» edən könüllülərə xeyir-dua verəcək (2 Korinflilərə 8:4).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Qvatemala: Xuan-Karlos Rodas, tel.: +50259676015

Meksika: Qamaliel Kamarillo, tel.: +525551333048