Kontentə keç

Daşkənddə Özbəkistan Ali Məhkəməsinin binası

8 NOYABR 2018
ÖZBƏKİSTAN

Özbəkistan Məhkəmələri Yehovanın Şahidlərinin hüquqlarını tanıyır

Özbəkistan Məhkəmələri Yehovanın Şahidlərinin hüquqlarını tanıyır

2018-ci ilin mart ayından başlayaraq altı ay müddətində Özbəkistan Ali Məhkəməsi və Özbəkistanın Muxtar Respublikası olan Qaraqalpaqstan İdarə Məhkəməsi Yehovanın Şahidlərinin ibadət azadlığı ilə bağlı müsbət qərar verdi. Ali Məhkəmə dindaşlarımızın əleyhinə aşağı məhkəmələrin verdiyi dörd qərarı, İdarə Məhkəməsi isə beşinci qərarını ləğv etdi.

Özbəkistanda Timur Satdanov adlı dindaşımız Ali Məhkəmə tərəfindən bəraət alır

Dindaşlarımızın əleyhinə irəli sürülən bu məhkəmə işlərinin çoxuna polis istintaqları səbəb olmuşdu. Bu istintaqlar ucbatından hökumət nümayəndələri Müqəddəs Kitaba əsaslanan nəşrləri, eləcə də Müqəddəs Kitabın surətinin yükləndiyi elektron cihazları müsadirə etmişdi. Nəticədə, aşağı məhkəmələr bacı-qardaşlarımızı bir qanunu pozmaqda təqsirli bildi və onlara cərimə kəsdi. Həmin qanuna əsasən, dini materialları insanlara paylamaq qadağan hesab edilir. Sevinirik ki, son zamanlarda çıxarılan yüksək məhkəmə qərarları bacı-qardaşlarımıza bəraət qazandırır və onları cərimələrdən azad edir.

Bütün dünyadakı Yehovanın Şahidləri bu hadisələrə görə hökumət nümayəndələrinə təşəkkür edirlər. Ən əsası isə Yehova Allaha minnətdardırlar ki, «müjdənin müdafiəsində və qanuni tanınmasında» Öz rəhbərliyini və dəstəyini əsirgəmir (Filippililərə 1:7).