Kontentə keç

Cənubi Koreyanın Ali Məhkəməsi bitərəf mövqeləri cinayət əməli olmadığına qərar verdikdən sonra şərti olaraq vaxtından əvvəl azad edilmiş 65 qardaşdan bəziləri

7 MART 2019
CƏNUBİ KOREYA

Cənubi Koreyada həbsdə olan Yehovanın Şahidlərinin hamısı azadlığa buraxılıb

Cənubi Koreyada həbsdə olan Yehovanın Şahidlərinin hamısı azadlığa buraxılıb

Cənubi Koreyada bitərəf mövqeyinə görə həbsdə saxlanılan sonuncu Yehovanın Şahidi 2019-cu il fevralın 28-i azadlığa buraxılıb. Azad edilən qardaşların hamısı buna görə ürəkdən minnətdardırlar və Yehova Allaha sadiq qaldıqlarına görə çox sevinirlər.

Əqidəyə görə hərbi xidmətdən imtinanın cinayət əməli olmadığı haqda Ali Məhkəmənin 1 noyabr 2018-ci il tarixli tarixi qərarından sonra ümumilikdə 65 qardaş həbsdən azad edilib. Bu qərarla 65 ildir davam edən əqidəyə görə hərbi xidmətdən imtina edənləri həbsə salmaq praktikasına son qoyuldu.

Koreyadakı qardaşlarımızın iman və nöqsansızlığı bizləri Padşaha və onun Padşahlığına daha «cəsarətlə» xidmət etməyə təşviq edir (Filippililərə 1:14). Biz Eritreya, Rusiya, Sinqapur və Türkmənistanda həbsdə olan qardaşlarımız üçün dua edirik (İbranilərə 10:34).