Kontentə keç

Almaniyanın Fürstenberq şəhərində yerləşən Ravensbrük xatirə muzeyinin şəkli

10 YANVAR 2019
ALMANİYA

Almaniyadakı muzey Yehovanın Şahidlərinin təqib olunması mövzusuna həsr edilmiş səyyar sərgi təşkil edib

Almaniyadakı muzey Yehovanın Şahidlərinin təqib olunması mövzusuna həsr edilmiş səyyar sərgi təşkil edib

Ravensbrük xatirə muzeyi «Qadağan və təqib olunanlar — Yehovanın Şahidləri Ravensbrük həbs düşərgəsində və Almaniya Demokratik Respublikasının həbsxanalarında» adlı səyyar sərgi təşkil edib. Sərgi Yehovanın Şahidlərinin nasist rejimi (1933—1945-ci illər), Almaniya Demokratik Respublikası (ADR və ya Şərqi Almaniya; 1949—1990-cı illər) və Veymar Respublikası (1918—1933-cü illər) dövründə üzləşdikləri çətinliklərdən bəhs edir. (« Üç alman hakimiyyəti dövründə təqib və hüquqi çətinliklər» adlı çərçivəyə baxın.) Sərgiyə bazar günü, 22 aprel 2018-ci il tarixində Almaniyanın Fürstenberq şəhərində yerləşən Ravensbrük həbs düşərgəsinin xatirə muzeyində start verilib. 2019-cu il ərzində sərgi Almaniyanın Erfurt, Rostok və Brandenburq vilayətinin Potsdam şəhərindəki parlament binasında keçiriləcək.

Bioqrafiyası sərgidə nümayiş olunan «iki dəfə zərərçəkmiş»lərdən biri olan Adolf Qraf

Sərgidə «iki dəfə zərərçəkmiş», yəni həm nasist, həm də Almaniya Demokratik Respublikasındakı kommunist rejimi tərəfindən təqib olunmuş on iki qardaş və bacının həyat hekayəsi nümayiş olunur. Sərgidə ölümə məhkum edilmiş Yehovanın Şahidlərinin hekayə və vida məktublarının, eynilə də nasizm dövrünün sənədlərinin və qəzet məqalələrinin oxunmasının audioyazısına da qulaq asmaq olar. On minlərlə insan həbs düşərgəsinə etnik mənşəyinə, siyasi baxışlarına və cinayətkar hesab edildiyinə görə düşmüşdü. Lakin sərgi Yehovanın Şahidlərinin məhz əqidələrinə görə həbs olunduğunu nümayiş etdirir.

Sərginin açılış mərasimi zamanı çıxış edən tarixçi Detlef Qarbe bildirmişdi: «Lap başlanğıcdan Yehovanın Şahidlərinin möhkəm imanı, əminliyi, birlik ruhu və sarsılmaz mövqeyi onları SS-in xüsusi hədəfinə çevirmişdi... Yehovanın Şahidlərinin Allahın onları qurtaracağına qeyd-şərtsiz imanı və açıq-aydın, gözəçarpan həmrəylik ruhu onlara hətta həbs düşərgələrində belə imandan dönməməyə güc verirdi».

Bu günləri Rusiya kimi bəzi dövlətlər tərəfindən təqib və qadağalarla üzləşəndə də Yehovanın Şahidləri Yehovanın onlara dayaq olacağına əmindirlər (Əşiya 54:17).