Kontentə keç

Dağlıq əyalətinin Natonin şəhərində torpaq sürüşməsinin nəticələri

14 AVQUST 2019
FİLİPPİN

Filippində güclü musson yağışları yağıb

Filippində güclü musson yağışları yağıb

2019-cu il avqust ayının əvvəllərində Filippində güclü musson yağışları və külək nəticəsində daşqın və torpaq sürüşmələri olub. Əfsuslar olsun ki, Dağlıq əyalətinin Natonin şəhərində müvəqqəti xüsusi öncül kimi xidmət edən bir qardaşımız torpaq sürüşməsi nəticəsində həyatını itirib. Müvəqqəti xüsusi öncül kimi xidmət edən digər qardaş isə həmin torpaq sürüşməsi nəticəsində cüzi zədələr alıb. Başqa bir vəziyyətdə on yaşında oğlan uşağı qırıntılardan zədə almış, lakin ona lazımi tibbi yardım göstərilmişdi.

Heç bir qardaşımızın evinə ciddi zərər dəyməyib. Lakin Qərbi Neqros əyalətində yerləşən ibadət evinə kiçik zərər dəyib. Güclü külək nəticəsində dam örtüyünün bir hissəsi uçub.

Filippin filialı və yerli rayon nəzarətçisi zərərçəkmişlərin ailələrinə ruhani və mənəvi kömək göstərir.

Biz qardaşımızın ölümünə görə qəm-qüssə içində olanların dərdinə şərikik və onlara görə dua edirik. Biz bu kimi faciələrin «daha xatırlanmayaca»ğı zamanı həsrətlə gözləyirik (Əşiya 65:17).