Kontentə keç

5 SENTYABR 2019
BİRLƏŞMİŞ ŞTATLAR

Ən şiddətli «Dorian» qasırğası Bahama adalarını ağuşuna alıb

Ən şiddətli «Dorian» qasırğası Bahama adalarını ağuşuna alıb

Atlantik okeanda indiyədək qeydə alınan ən şiddətli qasırğa olan «Dorian» qasırğası bazar günü, 1 sentyabr 2019-cu il tarixində, səhər saatlarında Böyük Abako adasına (Bahama adalarının şimalında yerləşir) gəlib çatıb. Qasırğa ən yüksək beşinci səviyyəyə aid edilib. Qasırğanın yavaş hərəkət etməsi, küləyin surətinin yüksək olması və gətirdiyi leysan yağışları onu daha təhlükəli edib. «Dorian» tropik qasırğa səviyyəsinə enərək Küləktutmayan adalar, Puerto-Riko və Virginiya adalarından keçib. Qasırğa bu ərazilərdən bəzilərinə az ziyan vurub, bəzilərindən isə ziyan barədə məlumat daxil olmayıb.

ABŞ filialı yerli bacı-qardaşlara və təşkilata məxsus olan əmlaka dəymiş ziyan barədə məlumat toplamağa davam edir. Artıq məlumdur ki, Böyük Abako adasındakı iki yığıncağın 46 üzvündən heç biri zədələnməyib. Bununla belə, adada olan yeganə ibadət evi dağılıb.

Böyük Bahama adasında 4 yığıncaq və 364 təbliğçi var. İlkin məlumatlara görə, 196 dindaşımız evlərini tərk etməli olub, 22 evə ziyan dəyib, üç ev isə tamamilə uçub.

Filial fəlakətdən qabaq rayon nəzarətçiləri və ağsaqqallar vasitəsilə lazımi göstərişlər vermişdi. Məsələn, bacı-qardaşlara qasırğa bitənədək paytaxt Nassauya və digər təhlükəsiz yerlərə köçmək tövsiyə edilmişdi.

Qasırğadan zərər çəkmiş bacı-qardaşlarımız üçün dua edirik. Biz bilirik ki, Yehova onların üzləşdiyi bu çətinlikləri görür və onların öhdəsindən gəlmək üçün güc verəcək (Zəbur 46:1, 2).