Kontentə keç

14 AVQUST 2020
LİVAN

Beyrutda güclü partlayış baş verib

Beyrutda güclü partlayış baş verib

4 avqust 2020-ci il tarixində Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib. Partlayış limanı yerlə yeksan edərək çoxlu insan tələfatına səbəb olub. Partlayış dalğası böyük dağıntılar törədib, nəticədə minlərlə insan xəsarət alıb. Bacı-qardaşlarımızın yaşadığı bir neçə evə ziyan dəyib. Əfsuslar olsun ki, bir neçə bacı-qardaş ciddi yaralanıb, lakin onların arasında ölən yoxdur.

Biz əminik ki, səxavətli Allahımız xidmətçilərindən Öz köməyini əsirgəməyəcək (2 İşmuil 22:3).