Kontentə keç

Tyaçev şəhərində Toplantı zalı müharibə zonasından qaçanları qəbul etmək üçün hazırlanıb

8 MART 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (1)

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (1)

Ukraynada bombalama davam edir. Mariupol, Xarkov, Qostomel və digər şəhərlərdəki bacı-qardaşlarımız böyük çətinliklərlə üzləşirlər. Bəziləri təxminən bir həftədir ki, zirzəmiləri və sığınacaqları tərk edə bilmir. Ərzaq ehtiyatları tükənir, elektrik enerjisinin kəsilməsi, internet və mobil şəbəkələrin sıradan çıxması onlarla əlaqə yaratmağı çətinləşdirir.

Əfsuslar olsun ki, Mirnoqradda ağsaqqal kimi xidmət edən 28 yaşlı Dmitri Rozdorski minaya düşərək həlak olub. Yaxınlarını itirən və bombaların atıldığı bölgələrdə yaşayan bütün bacı-qardaşlar üçün dua edirik (2 Salonikililərə 3:1).

Ovruç şəhərində ibadət evinə bombalama zamanı ciddi ziyan dəyib

7 mart 2022-ci il tarixinə olan məlumat:

Bacı-qardaşlara təsiri

  • 2 təbliğçi həlak olub.

  • 8 təbliğçi xəsarət alıb.

  • 20 617 təbliğçi evlərini tərk edərək ölkənin daha təhlükəsiz ərazilərinə köçüb.

  • 25 ev dağılıb.

  • 29 evə böyük ziyan dəyib.

  • 173 evə cüzi ziyan dəyib.

  • 5 ibadət evinə ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 6548 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 7008 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.

  • Ukraynanın qərbində yerləşən Zakarpatye, İvano-Frankovsk, Lvov və Çernovtsı vilayətlərində 1 Toplantı zalı və təxminən 30 ibadət evi müharibə zonasından qaçanları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.