Kontentə keç

Sergey Suşilnikov

31 AVQUST 2022 | YENİLƏNİB: 26 YANVAR 2023
RUSİYA

«Yehova mənə qorxmaz dostlar bəxş edib» | YENİLƏNİB. QARDAŞA HÖKM OXUNDU

«Yehova mənə qorxmaz dostlar bəxş edib» | YENİLƏNİB. QARDAŞA HÖKM OXUNDU

24 yanvar 2023-cü il tarixində Kemerovo Vilayətinin Novokuznetsk Şəhərinin Kuznetsk Rayon Məhkəməsi Sergey Suşilnikovu altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. Noyabr 2019-cu il

    Hüquq-mühafizə orqanları Sergeyin telefon danışıqlarına qulaq asmağa başladı və evinə gizli kamera yerləşdirdi.

  2. 3 iyun 2021-ci il

    Cinayət işi açıldı.

  3. 8 iyun 2021-ci il

    Evində axtarış keçirildi. Sergey və həyat yoldaşı sorğu-sual olundu.

  4. 15 iyul 2021-ci il

    Rusiya Federasiyasının Maliyyə Monitorinqi üzrə Federal Xidməti Sergeyin adını terroristlərin siyahısına saldı, onun bank hesabı donduruldu.

  5. 8 fevral 2022-ci il

    O, ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə və onun fəaliyyətini davam etdirməkdə ittiham olundu. Ondan başqa yerə getməmək barədə iltizam alındı.

  6. 30 mart 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaş barədə məlumat

Yehova sadiq xidmətçilərinə «dar gündə köməyə hazırdır», bunu bilmək adama böyük toxtaqlıq verir (Zəbur 46:1).