Kontentə keç

Ağsaqqallar evlərindən didərgin düşmüş bacı-qardaşları ruhlandırır

23 MAY 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (8)

Ağsaqqallar bacı-qardaşlara baş çəkib onları ruhlandırır

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (8)

Ukraynada vəziyyət ağır olaraq qalır. Bu səbəbdən filial bacı-qardaşlara daha çox ruhani köməyin göstərilməsi üçün lazımi tədbirlər görüb. Ölkə ərazisində məsul qardaşlar daha təhlükəsiz bölgələrə köçmüş minlərlə bacı-qardaşa baş çəkirlər. Filial komitəsində xidmət edən bir qardaş Ukraynanın qərb bölgəsinə qaçıb gələn bacı-qardaşlara baş çəkmişdi. 30-a yaxın təbliğçi ilə birgə Ujqorod şəhərindəki ibadət evində müvəqqəti qalan bir bacı dedi: «Elə bil Yehova məni qollarına alıb qucaqladı».

Qardaşlar həmçinin 27 Zərərçəkənlərə yardım komitəsində çalışan 100-ə yaxın cəsur qardaşa da baş çəkirlər. Bu komitələrin birində xidmət edən İqor adlı qardaş deyir: «Məni Zərərçəkənlərə yardım komitəsinə təyin edəndə qardaşların bizi yerləşdirdiyi evdə yaşayırdıq, yoldaşımla evimizdən qaçıb bura gəlmişdik. O vaxt biz çox əzgin halda idik. Bu zaman komitədə xidmət edən bir qardaş, həddən artıq məşğul olmasına baxmayaraq, vaxt tapıb bizə gəldi və ürəyimizi boşaldanda diqqətlə bizə qulaq asdı. Bu zaman biz onun qayğısını üzərimizdə hiss etdik». İqor əlavə edir: «Uşaq kimi əlacsız olanda, vəziyyəti dəyişmək iqtidarında olmayanda, ondan çıxış yolu görməyəndə əlimizdən yalnız Yehovaya rəhbərlik üçün dua etmək gəlir və çox vaxt Onun bizə necə kömək etdiyini görürük».

Müharibə zonasındakı ibadət evlərindən 4-ü tamamilə dağılıb, 8-nə ciddi, 33-nə isə cüzi ziyan dəyib.

Kiyev yaxınlığındakı ibadət evi 2019-cu ildə (solda) və indi (sağda)

17 may 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları sizə çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün bölgələri ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 37 təbliğçi həlak olub.

  • 74 təbliğçi xəsarət alıb.

  • 45 253 təbliğçi evlərini tərk edərək ölkənin daha təhlükəsiz ərazilərinə köçüb.

  • 418 ev dağılıb.

  • 466 evə böyük ziyan dəyib.

  • 1213 evə cüzi ziyan dəyib.

  • 4 ibadət evi dağılıb.

  • 8 ibadət evinə böyük ziyan dəyib.

  • 33 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 48 806 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 21 786 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.