Kontentə keç

«Mükəmməl Binalar Müsabiqəsi»nin Yehovanın Şahidlərinə təqdim etdiyi mükafat Ramapo layihəsinin maketi üzərinə yerləşdirilib

28 MART 2023
DÜNYADAN XƏBƏRLƏR

Baş idarənin Ramapo layihəsi

Nyu-York Ştatı Ramapo layihəsinin dizaynına görə Yehovanın Şahidlərini mükafatlandırdı

Nyu-York Ştatı Ramapo layihəsinin dizaynına görə Yehovanın Şahidlərini mükafatlandırdı

Nyu-York Enerji Tədqiqatları və İnkişafı İdarəsi Yehovanın Şahidlərinə «Mükəmməl Binalar Müsabiqəsi»ndə bir milyon ABŞ dolları mükafat verdi. Ramapo layihəsi ekoloji cəhətdən təbiətə zərər vermədiyi üçün bu mükafata layiq görüldü a. Bu, Ramapo və ya Roklənd əyalətində mükafata layiq görülən ilk tikinti layihəsidir.

İnşaat layihə komitəsində xidmət edən Keys Keydi deyir: «Ramapo layihəsini dizayn edəndə məqsədimiz enerji sərfiyyatını azaltmaq və ekologiyaya zərər verməmək idi. Hələ tikintiyə başlamazdan əvvəl hakimiyyətin əməyimizi mükafatlandırması bizi çox sevindirdi. Bu pul Yehovanın Şahidlərinin etdiyi könüllü ianələrlə birlikdə səmərəli şəkildə istifadə olunacaq».

«Mükəmməl Binalar Müsabiqəsi» Birləşmiş Ştatlarda bu səpkidə keçirilən yeganə müsabiqədir. Bu müsabiqə 2019-cu ilin mart ayından fəaliyyətə başlayıb və bu günə qədər 63 layihəni mükafatlandırıb. Nyu-York Enerji Tədqiqatları və İnkişafı İdarəsinin rəsmi veb-saytına görə mükafatlandırılan layihələr «sənaye sahəsinə sıfır karbon məqsədinə doğru irəliləməyə stimul verir».

Şadıq ki, hakimiyyət layihəmizi belə qiymətləndirdi, beləcə Yehovanın adı mədh edildi (Mətta 5:16).

a Müsabiqədə rəsmi giriş adımız “Sterlinqtondakı tikililər” idi.