Kontentə keç

Həbsdən azad olandan sonra Aleksandr Nikolayev qardaş yoldaşı Yevgeniya, beş övladı və Yevgeniyanın anası ilə birlikdə

21 SENTYABR 2023
RUSİYA

Aleksandr Nikolayev həbsdən azad olundu

Aleksandr Nikolayev həbsdən azad olundu

19 sentyabr 2023-cü il tarixində Aleksandr Nikolayev qardaş təxminən iki il həbs müddətini çəkəndən sonra azadlığa buraxıldı. Həbsdən azad olunan Aleksandrı dindaşları qarşıladı və o, həyat yoldaşı Yevgeniyaya, eləcə də beş övladına qovuşdu.

2021-ci ilin əvvəllərində Aleksandrgilin evinə FTX əməkdaşları və çevik polislər basqın etdi. Ailə üzvləri və dostları ilə Müqəddəs Kitab barədə danışdığı üçün Aleksandr ittiham olundu və ona «cinayətkar» damğası vuruldu.

Həbs olunmazdan öncə Aleksandr sadiq qalmaq üçün ona nəyin kömək etdiyi haqda müsahibə vermişdi. O deyir: «Mən başa düşürəm ki, insan və qeyri-müəyyənlik qorxusu mənim aydın düşünmək qabiliyyətimi iflic edə bilər, ona görə çalışıram bu cür qorxuya qapılmayım».

Aleksandr azad olduğu və yenidən ailəsinə qovuşduğu üçün çox sevinirik. Şübhəsiz ki, Yehova ədalətsizliklə üzləşəndə iman və cəsarət göstərən sadiq xidmətçilərindən «zövq alır» (Zəbur 149:4).