Kontentə keç

Üst cərgə: Yevgeni Boçko, Vladimir Kolesnikov və Aleksey Şubnikov

Aşağı cərgə: Vitali Uşakov və Valeri Veçkayev

13 FEVRAL 2024
RUSİYA

Onlar diqqətlərini Yehovaya xidmət etmək şərəfinə cəmləyiblər

Onlar diqqətlərini Yehovaya xidmət etmək şərəfinə cəmləyiblər

Krasnodar Vilayətinin Vıselkovski Rayon Məhkəməsi tezliklə Yevgeni Boçko, Vladimir Kolesnikov, Aleksey Şubnikov, Vitali Uşakov və Valeri Veçkayevin işi ilə bağlı öz qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Dindaşlarımız haqda məlumat

Biz əminik ki, Yehova bu qardaşlarımıza, həmçinin Ona sığınanlara sevinc və güc verəcək (Zəbur 141:8).

Hadisələrin gedişatı

  1. 11 fevral 2022-ci il

    Yevgeni, Aleksey, Vitali və Valeri barəsində cinayət işi açıldı

  2. 13 fevral 2022-ci il

    Evlərində axtarış aparıldı. Yevgeni, Aleksey və Vitali sorğu-sual edildi. Vitali müvəqqəti saxlama təcridxanasına salındı

  3. 15 fevral 2022-ci il

    Vitali istintaq təcridxanasına salındı

  4. 16 fevral 2022-ci il

    Yevgeni və Alekseydən başqa yerə getməmək barədə iltizam götürüldü

  5. 18 fevral 2022-ci il

    Valeridən başqa yerə getməmək barədə iltizam götürüldü

  6. 21 fevral 2022-ci il

    Vladimir barəsində cinayət işi açıldı

  7. 15 mart 2022-ci il

    Vladimirdən başqa yerə getməmək barədə iltizam götürüldü. Cinayət işləri birləşdirildi

  8. 8 sentyabr 2022-ci il

    Vitali istintaq təcridxanasından ev dustaqlığına keçirildi

  9. 10 oktyabr 2022-ci il

    Vitali ev dustaqlığından azad olundu və ondan başqa yerə getməmək barədə iltizam götürüldü

  10. 31 may 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı