Kontentə keç

31 MAY 2024
BENİN

İncilin «Yeni Dünya Tərcüməsi» fon dilində işıq üzü gördü

İncilin «Yeni Dünya Tərcüməsi» fon dilində işıq üzü gördü

26 may 2024-cü ildə Qərbi Afrika filialının komitə üzvü Abdiel Voru Benində toplantı zalında keçirilən xüsusi proqram zamanı İncilin «Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. 920 bacı-qardaşımız proqramı canlı izlədi, 6188 nəfər isə proqrama videokonfrans vasitəsilə qoşuldu. İştirakçılara İncilin «Yeni Dünya Tərcüməsi»nin çap olunmuş nüsxəsi paylanıldı. Elan səslənən andan nəşri audio və elektron formatda da yükləmək olardı.

Benində ən azı iki milyon fon dilində danışan insan yaşayır. Onların arasında 84 fondilli yığıncaq və qrupda xidmət edən 4000 bacı-qardaşımız var. 2022-ci ildə «Müqəddəs Kitab—Məttanın yazdığı müjdə»nin çıxdığı elan olunandan sonra İncilin digər bölmələri də tədricən çap olunmağa başladı.

Fondilli bacı-qardaşlarımızla birgə Yehova minnətdarıq ki, Kəlamını ona əməl etmək istəyənlər üçün əlçatan edir (Yəhya 17:17).