Küskünlüyü unudaq
Yüklə:
1. Küskün qəlbim yorur məni,
Kürəyimdə bir yük kimi.
Günü-gündən artır qəmi ürəyimin,
Əsir alır düşüncəmi.
NƏQƏRAT
Bağışlayaraq səhvləri,
Vaxtıdır sülh yaratmağın.
Dönüb geri boylanmadan,
Küskünlüyü unutmağın.
2. Əgər keçsəm mən üstündən,
Yada düşməz səhvlər hərdəm.
Əminəm ki, heç nə dəyməz,
Yehovanın məhəbbətin itirməyə.
NƏQƏRAT
Bağışlayaraq səhvləri,
Vaxtıdır sülh yaratmağın.
Dönüb geri boylanmadan,
Küskünlüyü unutmağın.
KEÇİD
İlk addımı mən
Atacağam gecikmədən.
Bu dostluğu geri
Qazanmağın zamanıdır.
3. Bu yoldaşlıq möhkəmlənər,
Üstün gələr hər bir səhvə.
Qəlb rahatlıq tapar onda,
Bu cür dostluq unutma, xoş gedər Rəbbə.
NƏQƏRAT
Bağışlayaraq səhvləri,
Vaxtıdır sülh yaratmağın.
Dönüb geri boylanmadan,
Küskünlüyü unutmağın,
Sülh yaradıb dost olmağın
Tam zamanıdır.