Yehova Allahın müasir xalqı

Yehovanın Şahidləri bütün dünyada fəaliyyət göstərirlər və müxtəlif millətlərdən və mədəniyyətlərdəndirlər. Onları birləşdirən nədir?

Allahın iradəsi nədən ibarətdir?

Allah iradəsini bütün dünyaya əyan etmək istəyir. Bəs Allahın iradəsi nədir və bu gün kimlər başqalarını Allaha qulluq etməyə səsləyir?

DƏRS 1

Yehovanın Şahidləri ilə tanışlıq

Yehovanın Şahidlərindən kimlərisə tanıyırsınız? Bizi nə dərəcədə yaxşı tanıyırsınız?

DƏRS 2

«Yehovanın Şahidləri». Bu ad haradandır?

Bu adı daşımağımızın üç səbəbi.

DƏRS 3

İlahi biliklər aşkara çıxır

Müqəddəs Kitab təlimlərini düz başa düşdüyümüzə necə əmin ola bilərik?

DƏRS 4

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»

Müqəddəs Kitabın bu tərcüməsini misilsiz edən nədir?

DƏRS 5

Yehovanın Şahidlərinin dini görüşləri

Biz bir yerə yığışıb Müqəddəs Kitabı araşdırır və bir-birimizi ruhlandırırıq. Qapımız hər kəsin üzünə açıqdır!

DƏRS 6

Dindaşlarımızla görüşmək vacibdir

Allahın Kəlamı məsihiləri birgə yığışmağa təşviq edir. Öyrənin görün bu cür ünsiyyət sizə hansı faydanı gətirə bilər.

DƏRS 7

Görüşlərimiz necə keçir?

Yığıncaqlarımızın necə keçirildiyi sizin üçün nə vaxtsa maraqlı olub? Orada Müqəddəs Kitabdan aldığımız təlimin keyfiyyəti sizi təəccübləndirəcək.

DƏRS 8

Yığıncağa müvafiq geyim

Bizim nə geyindiyimizin Allah üçün fərqi var? Geyimimizdə və xarici görünüşümüzdə hansı Müqəddəs Kitab prinsiplərini rəhbər tutduğumuzu öyrənin.

DƏRS 9

Yığıncaqlara necə hazırlaşmaq olar?

Yığıncağa qabaqcadan hazırlaşsanız, maksimum fayda əldə edəcəksiniz.

DƏRS 10

Ailəvi ibadət nədir?

Bu tədbir sizi Allaha daha yaxın edə və ailə tellərinizi möhkəmləndirə bilər. Necə?

DƏRS 11

Böyük toplantılar

Biz ildə üç dəfə xüsusi mərasimə toplaşırıq. Nəyə görə bu toplantılarda iştirak etməyə dəyər?

DƏRS 12

Müjdəçilik işimiz

Biz İsa Məsihin nümunəsini izləyirik. O, yer üzündə olarkən hansı təbliğ üsullarından istifadə edirdi?

DƏRS 13

Müjdəçilik işində öndə gedənlər

Yehovanın Şahidləri arasında təbliğ işinə ayda 30, 50 və daha çox saat ayıranlar var. Onları buna nə təşviq edir?

DƏRS 14

Öncüllər üçün məktəblər

Vaxtının çox hissəsini xoş xəbərin təbliği işinə həsr edən öncüllər üçün hansı xüsusi məktəblər var?

DƏRS 15

Yığıncaq ağsaqqalları

Ağsaqqalların Allahla sıx münasibətləri var. Onlar yığıncağın işlərinə rəhbərlik edirlər. Onlar hansı sahələrdə kömək edirlər?

DƏRS 16

Yığıncaq xidmətçiləri

Yığıncaq xidmətçilərinin yığıncağın işlərində böyük əməyi var. Onların əməyinin yığıncağa verdiyi töhfələr barədə öyrənin.

DƏRS 17

Rayon nəzarətçiləri

Rayon nəzarətçiləri Yehovanın Şahidlərinin yığıncaqlarına nə üçün ziyarət edirlər? Onların ziyarətindən necə faydalana bilərsiniz?

DƏRS 18

Dar gündə bacı-qardaşlarımızın dadına yetirik

Təbii fəlakət baş verəndə biz dərhal tədbir görürük ki, zərər çəkənlərə həm ruhani, həm də əməli kömək göstərək. Bunu necə edirik?

DƏRS 19

«Sadiq və ağıllı nökər» kimdir?

İsa peyğəmbər söz vermişdi ki, vaxtlı-vaxtında ruhani qida vermək üçün nökər təyin edəcək. Onun verdiyi söz necə yerinə yetir?

DƏRS 20

Rəhbərlik Şurası

Birinci əsrdə ağsaqqallardan və həvarilərdən ibarət kiçik bir qrup məsihi yığıncağının rəhbərlik şurası kimi xidmət edirdi. Bəs bizim dövrümüz barədə nə demək olar?

DƏRS 21

Beytel

Beytel mühüm bir məqsədə xidmət edən xüsusi məkandır. Beyteldə görülən işlər haqda öyrənin.

DƏRS 22

Beytellərdə görülən iş

Bütün Beytellərdə ekskursiya keçirilir. Buyurun gəlin.

DƏRS 23

Nəşrlərimizin hazırlanması

Biz 750-dən çox dildə ədəbiyyat nəşr edirik. Nə üçün bu işə bu qədər can qoyuruq?

DƏRS 24

Təşkilatın fəaliyyəti necə maliyyələşir?

Maliyyə məsələsində təşkilatımız digər dinlərdən necə fərqlənir?

DƏRS 25

İbadət evləri. Onların inşası və məqsədi

Bu sadə tikililərin Yehovanın Şahidlərinin ibadətində rolu barədə öyrənin.

DƏRS 26

İbadət evlərimizə necə qulluq edirik?

Təmiz və təmirli ibadət evlərimiz Allahın adını ucaldır. Biz ibadət evlərimizə necə qulluq edirik?

DƏRS 27

İbadət evinin kitabxanası

Allah haqqında biliyinizi artırmaq üçün axtarış aparmaq istəyərdiniz? İbadət evinin kitabxanasını ziyarət edin!

DƏRS 28

İnternet saytımızdan istifadə edin

Bizim haqqımızda və etiqadımız barədə ətraflı öyrənin, həmçinin Müqəddəs Kitaba aid suallara cavab tapın.

Yehova Allahın iradəsi və siz

Yehova Allah sizi çox istəyir. Allaha olan məhəbbətinizi əməldə necə göstərə bilərsiniz?