İblis kimdir və ya nədir?
İblis kimdir və ya nədir?
SİZCƏ...
Ruhani varlıqdır?
İnsanın daxilində olan pislikdir?
İnsanların uydurmasıdır?
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
İblis İsa Məsihlə danışıb və onu imtahana çəkib (Mətta 4:1—4). Beləcə, İblis nə insanların uydurmasıdır, nə də insanın daxilindəki pislikdir. O, şər ruhani varlıqdır.
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
İblis əvvəllər müqəddəs mələk olub, amma o, «həqiqətə bağlı qalmadı» (Yəhya 8:44). O, yalançı oldu və Allaha qarşı üsyan qaldırdı.
Başqa mələklər də Şeytanın üsyanına qoşuldular (Vəhy 12:9).
İblis öz varlığını insanlardan gizlətmək üçün onların zehnini kor edib (2 Korinflilərə 4:4).
Bəs İblis insanlara təsir edə bilər?
BƏZİ İNSANLAR İNANIR Kİ, İblis heç kimə təsir edə bilməz. Ancaq digərləri onların içinə cin girəcəyindən qorxurlar. Bəs siz necə fikirləşirsiniz?
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
«Bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). İblis bəşəriyyətə böyük təsir göstərir. Ancaq hamıya bir-bir nəzarət etmir.
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
İblis təsirini gücləndirmək üçün yalana əl atır (2 Korinflilərə 11:14).
Cinlər bəzən insanları nəzarətdə saxlayır (Mətta 12:22).
Allahın köməyi ilə, siz İblisə müqavimət göstərə bilərsiniz (Yaqub 4:7).
Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan əsas dərs vəsaitinin 10-cu fəslinə baxın
Həmçinin www.pr418.com/az-latn saytında tapa bilərsiniz