Yehovanın dostlarından örnək alın
«Yehovadan qorxanların payı Onun dostluğudur» (ZƏB. 25:14).
NƏĞMƏ: 106, 118
1—3. a) Nəyə görə Allahın dostu olmaq mümkündür? b) Bu məqalədə kimlərdən danışacağıq?
MÜQƏDDƏS KİTABDA İbrahim üç dəfə Allahın dostu adlanır (2 Saln. 20:7; Əşy. 41:8; Yaq. 2:23). O, Müqəddəs Kitabda bu cür adlanan yeganə insandır. Ancaq bu, o demək deyil ki, bəşər ailəsindən təkcə İbrahim Yehovanın dostu olub. Müqəddəs Kitabda göstərilir ki, hər birimiz Allahın dostu ola bilərik.
2 Allahın Kəlamında Yehovadan qorxan, Ona iman edən və Onunla dost olan çoxlu sadiq kişi və qadınların əhvalatı qələmə alınıb. (Zəbur 25:14 ayəsini oxuyun.) Həvari Bulus «böyük şahidlər buludu» haqqında yazmışdı. Sözsüz ki, onların hamısı Allahın dostu idi (İbr. 12:1). Onların arasında müxtəlif insanlar var idi.
3 Gəlin indi Yehovanın dostu olan üç nəfərin nümunəsinə nəzər salaq: 1) Muabdan olan cavan dul qadın Rut, 2) Yəhudanın əməlisaleh padşahı Hizqiyyə, 3) İsanın təvazökar anası Məryəm. Görək onların Allahla dostlaşmasından biz nə öyrənə bilərik.
O, MƏHƏBBƏT GÖSTƏRDİ
4, 5. Rut hansı seçim qarşısında qalmışdı və nəyə görə qərar vermək asan deyildi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
4 Küləkli havada Muab çöllüyü boyunca uzanan yolla üç dul qadın gedir. Bu, Naimə və onun iki gəlini Rutla Orpadır. Orpa dala qayıdır. O, vətəni Muaba qayıtmaq qərarına gəlib. Naimə isə öz vətəninə, İsrailə getməyə qərarlıdır. İndi seçim Rutundur. Bəlkə də, o, həyatında ən böyük qərarı verməlidir. Onun qarşısında iki seçim var: ya Muaba, öz xalqının yanına qayıtsın, ya da qayınanası Naimə ilə birlikdə Beytləhmə getsin (Rut 1:1—8, 14).
5 Rut fikirləşə bilərdi ki, Muabda anası, qohum-əqrəbası var. Gedib onların yanında qalar, ona baxarlar. Muab onun vətəni idi. Orada hər şey, həm insanlar, həm dil, həm mədəniyyət ona doğma idi. Beytləhmdə isə onu bütün bunların tam əksi gözləyirdi. Buna görə də Naimə Ruta dedi ki, öz vətəni Muabda qalsın. Naimə həm də qorxurdu ki, gəlinini ərə verib onun üçün ev-eşik qura bilməz. Bəs Rut nə etdi? Rutla Orpa arasındakı fərqə fikir verin. Orpa «öz xalqının, öz allahlarının yanına qayıtdı» (Rut 1:9—15). Rut isə xalqının sitayiş etdiyi yalan allahların yanına qayıtmaq istəmədi.
6. a) Rut hansı müdrik qərarı verdi? b) Nəyə görə Buəz Rutun Yehovanın qanadları altına sığındığını demişdi?
6 Görünür, Rut artıq Yehovanı tanıyırdı. Yəqin ki, Onun haqqında ya mərhum ərindən, ya da Naimədən öyrənmişdi. Yehova Muab allahlarına bənzəmirdi. Rut bilirdi ki, Yehova sevilməyə, ibadət olunmağa layiq Allahdır. Ancaq bunları bilmək az idi. Qərar vermək lazım idi. Görəsən, Rut Yehovanı seçib Ona ibadət edəcək? O, müdrik qərar verdi. Naiməyə dedi: «Xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq» (Rut 1:16). Rutun Naiməyə məhəbbəti tərifəlayiqdir. Ancaq ən təsirlisi onun Yehovaya olan məhəbbəti idi. Bu, Buəzə də xoş təsir bağışlamışdı. O, Rutu Yehovanın qanadları altına sığındığına görə tərifləmişdi. (Rut 2:12 ayəsini oxu.) Buəzin sözlərini oxuyanda adamın yadına anasının güclü qanadları altına sığınan bala quş düşür (Zəb. 36:7; 91:1—4). Yehova da Öz növbəsində Rutu Öz balası kimi qanadları altına alıb qorudu, imanına görə mükafatlandırdı. Rut heç vaxt qərarına görə peşman olmadı.
7. Yehovaya həsr olunmağa tərəddüd edən kəslərə nə kömək edə bilər?
7 Çox adam Yehova haqqında öyrənsə də, Ona sığınmır, özünü Yehovaya həsr etmir, vəftiz olunmur. Əgər siz də özünüzü Yehovaya həsr etməyə tərəddüd edirsinizsə, heç özünüzdən bunun niyəsini soruşmusunuz? Əslində, hər kəs hansısa allaha, ya da başqa şeyə xidmət edir (Yuş. 24:15). Ona görə də yaxşı olmazdımı ki, ibadətə layiq olan tək Allaha sığınasınız? Yehovaya iman etdiyinizi göstərməyin ən yaxşı yolu Ona həsr olunmaqdır. O, sizə bu qərara uyğun yaşamağa və hər bir çətinliyə sinə gərməyə kömək edəcək. Rut buna bariz nümunədir.
«O, YEHOVAYA BAĞLI QALDI»
8. Hizqiyyənin uşaqlığını təsvir edin.
8 Rutdan fərqli olaraq, Hizqiyyə Yehovaya həsr olunmuş xalqın arasında doğulmuşdu. Ancaq israillilərin hamısı Allaha sadiq deyildi. Elə Hizqiyyənin atası Əhəz padşah da belələrindən idi. O, Yəhuda padşahlığını bütpərəstliyə 2 Pad. 16:2—4, 10—17; 2 Saln. 28:1—3).
sürükləmişdi, hətta Yehovanın Yerusəlimdəki məbədini murdarlamışdı. Hizqiyyənin uşaqlığı çox pis keçmişdi. Onun qardaşlarından bəziləri qəddarcasına öldürülmüş, diri-diri yalan allahlara qurban gətirilmişdi (9, 10. a) Nəyə görə Hizqiyyə pis adam ola bilərdi? b) Nə üçün biz Allaha qəzəblənməməliyik? c) Nəyə görə kiminsə necə adam olacağı onun böyüdüyü ailədən asılı deyil?
9 Hizqiyyə də atası kimi pis adam ola bilərdi, Allaha qəzəblənə bilərdi. Elə adamlar var ki, heç onun qədər çətinliklə üzləşməyiblər, amma Yehovaya qəzəblənir, Onun təşkilatından acıq edirlər (Məs. 19:3). Bəziləri isə elə düşünür ki, əgər pis ailədə böyüyüblərsə, deməli, mütləq ailələrinin yolu ilə gedəcək, valideynlərinin səhvlərini təkrarlayacaqlar (Hizq. 18:2, 3). Bəs bu, doğru fikirdir?
10 Hizqiyyənin həyatı göstərir ki, bu, heç də belə deyil. Heç kimin Yehovaya qəzəblənmək üçün əsası ola bilməz. Bu şər dünyada olan pisliklərin səbəbkarı O deyil (Əyy. 34:10). Düzdür, valideynlərin pis-yaxşı uşaqlarına təsiri olur (Məs. 22:6; Kol. 3:21). Ancaq bu, o demək deyil ki, insanın hansı yolu tutacağı onun böyüdüyü ailədən asılıdır. Əksinə, Yehova bizim hər birimizə qiymətli ənam verib. Biz nə edəcəyimizi, necə insan olacağımızı özümüz müəyyən edə bilərik (Qan. 30:19). Görək Hizqiyyə hansı seçimi etdi.
11. Hizqiyyə nəyin sayəsində Yəhudanın ən yaxşı padşahlarından biri oldu?
11 Hizqiyyənin atası Yəhudanın ən pis padşahlarından biri olsa da, onun özü ən yaxşı padşahlardan biri oldu. (2 Padşahlar 18:5, 6 ayələrini oxuyun.) Hizqiyyə atasının təsiri altına düşə bilərdi. Ancaq o, başqa yolu seçdi. Onun dövründə Əşiya, Mikə və Huşə peyğəmbərlik edirdi. Görünür, Hizqiyyə padşah Yehovanın bu peyğəmbərlərə nazil etdiyi sözləri ürəyinə həkk edir, Onun öyüd-nəsihətini qəbul edirdi. Bu, onu atasının törətdiyi murdar əməlləri aradan qaldırmağa təşviq etdi. O, məbədi təmizlədi, xalqın günahları üçün kəffarə verdi və bütün ölkədə bütləri məhv etdi (2 Saln. 29:1—11, 18—24; 31:1). Təhlükə ilə üzləşəndə, Aşşur padşahı Sinaxerib Yerusəlimə hücum etməyə hazırlaşanda Hizqiyyə böyük cəsarət və iman nümayiş etdirdi. O, Yehovaya arxalandı, sözlərilə, nümunəsilə xalqı möhkəmləndirdi (2 Saln. 32:7, 8). Sonralar bir ara Hizqiyyə qürurlandı, ancaq Yehova onu məzəmmət edəndə o, qürurunu sındırıb tövbə etdi (2 Saln. 32:24—26). Bəli, Hizqiyyə bizim üçün çox gözəl nümunədir. O yol vermədi ki, keçmişi həyatını məhv etsin, gələcəyini əlindən alsın. Əksinə, Hizqiyyə Yehovanın dostu olduğunu sübut etdi.
12. Hizqiyyə kimi, bir çoxları nəyi sübut etmişlər?
12 Biz zalım, sevgidən kasad dünyada yaşayırıq. Təəccüblü deyil ki, bir çox uşaqlar ata-ana məhəbbəti, qayğısı görmür (2 Tim. 3:1—5). Bir çox məsihi böyüdüyü ailədə gün görməsə də, Yehova ilə dost ola bilib. Bununla, onlar da, Hizqiyyə kimi, göstərirlər ki, insanın gələcəyi onun keçmişindən asılı deyil. Allah bizə iradə azadlığı verib. Hizqiyyə kimi, biz də bu azadlığımızdan Yehovanın yolunu tutmaq, Onu şərəfləndirmək, ucaltmaq üçün istifadə etməliyik.
«MƏN YEHOVANIN QULUYAM!»
13, 14. Məryəmin tapşırığı nəyə görə çətin idi, bəs o, mələyə hansı cavabı verdi?
13 Hizqiyyədən əsrlər sonra Nasirədən olan bir təvazökar yəhudi qız da Yehova ilə dost idi. Bu qızın Allahla xüsusi münasibətləri var idi. Allah ona heç kəsə tapşırmadığı bir işi tapşırmışdı. O, hamilə qalmalı, Allahın yeganə Oğlunu dünyaya gətirməli və onu böyütməli idi! Görün, Yehova bu tapşırığı verdiyi Məryəmdən necə arxayın idi, ona nə qədər etibar edirdi. Bəs Məryəm belə bir tapşırığı alanda nə etdi?
14 Adətən adam Məryəmə verilən tapşırığın nə qədər şərəfli olduğu barədə fikirləşir. Amma yəqin ki, bu tapşırığın Məryəmi qorxudan, narahat edən məqamları da var idi. Cəbrayıl mələk Məryəmə kişi ilə heç bir yaxınlıq etmədən, möcüzəvi şəkildə hamilə qalacağını dedi. Ancaq o, Məryəmi arxayın etmədi ki, gedib ailəsinə, qohumlarına onun necə hamilə qalacağını söyləyəcək. Onlar nə fikirləşəcəkdi? Məryəm həm də nişanlısı Yusifə görə narahat idi. O, Yusifə hamilə qaldığını necə deyəcəkdi, eyni zamanda xəyanət etmədiyinə onu necə inandıracaqdı? Bundan əlavə, Haqq-Taalanın yeganə Oğlunu böyüdüb boya-başa çatdırmaq, tərbiyə etmək böyük məsuliyyət idi. Biz bilmirik, Cəbrayıl mələk danışarkən Luka 1:26—38).
Məryəmin fikrindən nələr keçirdi. Bir şey məlumdur ki, o, mələyə demişdi: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun» (15. Nəyə görə Məryəmin imanı təqdirəlayiqdir?
15 Məryəmin imanı təqdirəlayiqdir. Qul, adətən, ağasının ixtiyarında olur. Beləcə, Məryəm də özünü Ağası Yehovanın ixtiyarına verdi və bütün narahatçılıqlarını Onun öhdəsinə buraxdı. Məryəm Yehovaya Onun dediyi kimi xidmət etmək istəyirdi. O, bu cür imana necə sahib olmuşdu? İman anadangəlmə olmur. Bunun üçün insan zəhmət çəkir, Allah isə onun zəhmətinə bərəkət verir (Qal. 5:22; Efes. 2:8). Məryəm möhkəm imana sahib olmaq üçün əlindən gələni edirdi. Buna sübut olaraq, gəlin onun necə qulaq asdığına və dediyi sözlərə nəzər salaq.
16. Məryəmin deyilən sözlərə diqqətlə qulaq asdığını nə göstərir?
16 Məryəm necə qulaq asırdı? Müqəddəs Kitab bizə məsləhət görür ki, eşitməyə hazır olaq, danışmağa tələsməyək (Yaq. 1:19). Sözsüz ki, Məryəm deyilən sözlərə diqqətlə qulaq asırdı. Lukanın müjdəsində iki dəfə yazılıb ki, Məryəm dərin ruhani məna daşıyan sözlərə diqqətlə qulaq asmış, sonra isə onların üzərində düşünmüşdü. İsa doğulan vaxt çobanlar Məryəmə mələyin sözünü çatdırmışdılar. Təxminən on iki il sonra, balaca İsa dərin ruhani məna kəsb edən sözlər demişdi. Hər iki halda Məryəm qulaq asmış, eşitdiklərini yadda saxlamış və üzərində dərindən düşünmüşdü. (Luka 2:16—19, 49, 51 ayələrini oxuyun.)
17. Məryəmin sözləri onun haqqında nə deyir?
17 Məryəmin dediyi sözlər. Müqəddəs Kitabda Məryəmin elə də çox sözü yazılmayıb. Onun ən çox danışdığı yer Luka 1:46—55 ayələrindədir. Bu sözlərdən görünür ki, Məryəm Müqəddəs Yazılara yaxşı bələd idi. Onun sözləri İşmuil peyğəmbərin anası Hənnənin duada dediyi bəzi sözlərlə üst-üstə düşür (1 İşm. 2:1—10). Bir hesablamaya əsasən, Məryəm bu duasında təxminən 20 dəfə Müqəddəs Yazılara istinad etmişdi. Görünür, o, ruhani şeylər barədə danışmağı xoşlayırdı. Məryəm yaxın Dostu Yehova Allahdan öyrəndiyi dəyərli həqiqətləri ürəyindəki xəzinədən sevə-sevə çıxarıb bölüşürdü.
18. Məryəm kimi imanımız olsun deyə biz nə etməliyik?
18 Məryəm kimi, bəzən bizə də Yehovadan aldığımız tapşırıqlar çətin görünə bilər. Onun kimi, gəlin biz də həlimliklə özümüzü Yehovanın əllərinə təslim edək və əmin olaq ki, O, nə edirsə bizim yaxşılığımız üçün edir. Məryəm kimi imanımız olsun deyə biz Yehovaya diqqətlə qulaq asmalı, Onun haqqında və niyyətləri barədə öyrəndiklərimiz üzərində düşünməli və öyrəndiklərimizi sevinclə başqa insanlarla bölüşməliyik (Zəb. 77:11, 12; Luka 8:18; Rom. 10:15).
19. Müqəddəs Kitabda yazılan iman nümunələrindən örnək alsaq, nəyə əmin ola bilərik?
19 Şübhəsiz, Rut, Hizqiyyə və Məryəm də onlardan öncə yaşamış İbrahim kimi, Yehovanın dostu idi. Onlar, «şahidlər buludu»na daxil olan mömin bəndələr, tarix boyunca Allaha sadiq qalan digər insanlar Allahla dost olmaq kimi möhtəşəm şərəfə layiq görülüblər. Gəlin həmişə bu gözəl iman nümunələrindən örnək alaq (İbr. 6:11, 12). Əgər belə etsək, əmin ola bilərik ki, böyük mükafat alacağıq — əbədiyyən Yehovanın dostu olacağıq!