Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Kiçik oxcüllütün naviqasiya sistemi

Kiçik oxcüllütün naviqasiya sistemi

KİÇİK oxcüllüt insanlara məlum olan ən möhtəşəm miqrasiyanı həyata keçirir. 11 000 kilometrlik məsafəni qət edən bu quşa bunun üçün təxminən səkkiz gündən çox vaxt lazımdır.

Fikir verin. Tədqiqatçıların fikrincə, quşların bəzi növləri naviqasiya üçün yerin maqnit sahəsindən istifadə edir, sanki, onların beyninə kiçik bir kompas yerləşdirilib. Ola bilsin ki, oxcüllüt uçuş istiqamətini gündüzlər günəşin, gecələr isə ulduzların vasitəsilə müəyyən edir. Görünür, oxcüllüt həm də qarşıdan gələn qasırğanı hiss edir, bunun sayəsində də arxadan əsən küləkdən faydalana bilir. Bununla belə, bu quşların inanılmaz tərzdə köç etmələrinin təfsilatları alimlər üçün sirr olaraq qalır. Bioloq Bob Gill qeyd edir: «Bu quşları 20 il tədqiq etməyimə baxmayaraq, mən hələ də onlara heyranam».

Necə düşünürsünüz? Kiçik oxcüllütün naviqasiya sistemi təkamülün nəticəsidir, yoxsa Yaradanın müdrikliyindən xəbər verir?