Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Yaşıdların təzyiqinə necə qarşı durmalı?

Yaşıdların təzyiqinə necə qarşı durmalı?

PROBLEM

«Aşağı siniflərdə oxuyanda uşaqların çoxu məndən uzaq gəzirdi. Bu da mənə pis təsir edirdi. Yuxarı siniflərdə isə başladım xarici görkəmimi və baxışlarımı dəyişməyə, amma yaxşı tərəfə yox. Dost sarıdan əziyyət çəkirdim, nədir-nədir məktəbdəki uşaqların məndən xoşu gəlsin deyə onların təsiri altına düşmüşdüm» (Cenifer, 16 yaş) *.

Yaşıdlarının təzyiqi ilə üzləşirsənsə, bu məqalə sənin üçündür.

Həmyaşıdlarının təsiri altına düşəndə şüursuz robota oxşayırsan, çünki başqalarının səni idarə etməsinə yol verirsən. Onlara niyə belə ixtiyar verirsən? (Romalılara 6:16).

BUNU BİLSƏN YAXŞIDIR

Yaşıdların təzyiqi yaxşı insanı pis əməllərə təhrik edə bilər.

«Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33).

«Bəzən hansısa vəziyyətlə qarşı-qarşıya qalanda səhv olduğunu bildiyimiz şeyi edirik. Hisslərimiz bizə üstün gəlir və başqalarının istədiyini edirik!» (Səbinə).

Təzyiq təkcə həmyaşıdlar tərəfindən göstərilmir.

«Düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir» (Romalılara 7:21).

«Ən böyük təzyiq mənim içimdən gəlir. Açığı, mən özüm yaşıdlarımın haqqında danışdığı və cəlbedici şəkildə təqdim etdiyi şeyləri etmək istəyirəm» (Diana).

İndi qarşı çıxsan, sonra peşman olmazsan.

«Vicdanınızı təmiz saxlayın» (1 Peter 3:16).

«Bir vaxtlar yaşıdlarımın təzyiqinə qarşı durmaq mənə çox çətin gəlirdi, amma indi başqalarından fərqlənməkdən qorxmuram və qərarımın üstündə dururam. Gecələr təmiz vicdanla yastığa baş qoymağın yerini heç nə verə bilməz» (Karla).

NƏ EDƏ BİLƏRSƏN?

Yaşıdların səni səhv hərəkətə təhrik edirlərsə:

Axırını fikirləş. Özündən soruş: «Tutalım, uşaqların dediyi səhv hərəkəti elədim və sonradan onun üstü açıldı. Atamla anam mənim haqqımda nə fikirləşəcək? Bəs mən özüm haqda nə fikirləşəcəyəm?» (Müqəddəs Kitab prinsipi: Qalatiyalılara 6:7.)

«Valideynlərim: “Fikirləş, əgər təslim olsan, başına nə gələ bilər?” — kimi suallar verirlər. Onlar yaşıdlarımın sözü ilə oturub-durmağın məni yanlış yola necə sürükləyə biləcəyini başa salırlar» (Ülviyyə).

İmanını gücləndir. Özündən soruş: «Nəyə görə bunun mənə və ya başqalarına zərər gətirəcəyinə inanıram?» (Müqəddəs Kitab prinsipi: İbranilərə 5:14.)

«Balaca olanda sadəcə “yox” deyirdim, ya da qısa cavab verirdim, amma indi nəyə görə filan şeyi edib-etmədiyimi lazımınca izah edə bilirəm. Nəyin düz, nəyin səhv olduğunu yaxşı bildiyimə əminəm. Suallara verdiyim cavablar öz cavablarımdır, başqasının yox» (Anita).

Mənliyini düşün. Özünə sual ver: «Necə insan olmaq istəyirəm?» Sonra isə üzləşdiyin təzyiq haqda düşün və özündən soruş: «Belə insan bu cür vəziyyətdə necə davranardı(Müqəddəs Kitab prinsipi: 2 Korinflilərə 13:5.)

«Özümə inanıram, başqalarının fikri mənim üçün elə də vacib deyil. Bununla belə, çoxları məni olduğum kimi sevir» (Alisia).

Gələcəyi fikirləş. Sən məktəbdə oxuyursansa, bir neçə il və ya aydan sonra razı salmağa çalışdığın insanlar sənin həyatında olmayacaqlar.

«Məktəb şəklimə baxanda heç bəzi sinif yoldaşlarımın adı da yadıma düşmədi. Halbuki məktəbdə oxuyanda mənim üçün onların fikirləri inandığım düzgün şeylərə bağlı qalmaqdan daha vacib idi. Necə də ağılsız olmuşam!» (Röya, indi 22 yaşı var).

Hazırlıqlı ol. Müqəddəs Kitabda deyilir: «Kimə necə cavab verməyi [bilməlisiniz]» (Koloslulara 4:6).

«Valideynlərim mənə və bacıma bir hadisə fikirləşib onu səhnələşdirməyə kömək edirlər ki, sabah həmin vəziyyətlə qarşılaşanda nə edəcəyimizi bilək» (Kristina).

^ abz. 4 Məqalədə bəzi adlar şərtidir.