Kontentə keç

Mündəricatı göstər

Dünyadan xəbərlər

Dünyadan xəbərlər

ABŞ

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin statistikasına görə, 2012-ci ildə ABŞ-da ailələrin 14,5 faizi, yəni 49 milyon insan ilin müəyyən müddətində «bütün ailə üzvlərinin tələbatlarını ödəyəcək qədər ərzağın olacağına əmin olmayıb, yaxud da ala bilməyib».

İSPANİYA

Universitet tələbələri arasında aparılan araşdırmalara əsasən, qızların 56, oğlanların isə 41 faizi «binc drinkinq» vərdişinə tutulub. «Binc drinkinq» dedikdə, bu araşdırmaya görə, kişilər üçün bir oturuma, ən azı, 8, qadınlar üçün isə 6 standart içki porsiyası qəbul edilməsi nəzərdə tutulur.

SAKİT OKEAN

Alimlərin Marian çökəkliyinin 11 000 metr dərinliyindən götürdükləri nümunələr arasında bakteriyalar və digər mikroorqanizmlər aşkar edilib. Belə bir dərinlikdə zülmət qaranlığın, dağıdıcı təzyiqin və temperaturun donma dərəcəsinə yaxın olmasına baxmayaraq, onlar rahat yaşayıb çoxalırlar. Əvvəllər hesab edilirdi ki, belə dərinlikdə yaşayan canlılara çox nadir hallarda rast gəlmək mümkündür.

BƏƏ

Dubay şəhərinin rəsmiləri getdikcə artan piylənmə problemi ilə mübarizə proqramı çərçivəsində vətəndaşlarına itirdikləri hər 1 kiloqram çəkiyə görə 1 qram qızıl (həmin dövrdə qızılın qramı təxminən 45 ABŞ dolları idi) təklif edirdilər. Bunun üçün qeydiyyatdan keçmək və Ramazan ayı ərzində, ən azı, 2 kiloqram arıqlamaq tələb olunurdu.