TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Atın ayaqları
AT (EQUUS CABALLUS) saatda 50 kilometr sürətlə çapa bilir. Bu zaman böyük mexaniki iş görülsə də, az enerji sərf olunur. Bəs bu, necə mümkündür? Sirr atın ayaqlarındadır.
Gəlin at çaparkən nə baş verdiyinə baxaq. At ayaqlarını yerə vuranda elastik əzələ-vətər birləşmələri enerjini özünə yığır, sonra isə yay kimi açılanda at qabağa sıçrayır.
Üstəlik, çapar atın ayaqlarında yüksək tezlikli titrəmə olur, bu da vətərləri zədələyə bilər. Lakin ayaqlardakı əzələlər amortizator kimi fəaliyyət göstərir. Tədqiqatçıların «yüksək səviyyəli əzələ-vətər dizaynı» adlandırdıqları bu struktur atı həm sürətli, həm də güclü edir.
Mühəndislər atın ayaq quruluşunu dördayaqlı robotlarda tətbiq etməyə çalışırlar. Lakin Massaçusets Texnologiya İnstitutunun Biomimetika və Robototexnika laboratoriyasının verdiyi məlumata əsasən, bu cür mürəkkəb quruluşu indiki materiallarla və mühəndis bilikləri ilə təkrarlamaq heç də asan deyil.
Necə düşünürsünüz? Atın ayaq quruluşu təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsidir?