Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | HƏYAT NECƏ ƏMƏLƏ GƏLIB?

Təkamülə zərbə vuran cavab

Təkamülə zərbə vuran cavab

ƏKSƏR insanlar yaradılış faktını götür-qoy etdikdən sonra həyatın Ali Zəkanın əl işi olduğu qənaətinə gəlirlər. Misal üçün, bir vaxtlar ateizmin qızğın müdafiəçisi olan professor-filosof Entoni Flünu götürək. O, Kainatın fiziki qanunlarını araşdırandan və canlıların nə dərəcədə mürəkkəb olduğunu öyrənəndən sonra öz fikrini dəyişdi. O, qədim filosofların təbirincə belə yazmışdı: «Biz faktların apardığı istiqamətdə getməliyik». Professor Flünun fikrincə, bütün faktlar Dahi Yaradanın varlığına işarə edir.

Birinci məqalədə adı çəkilən professor Jerard da bu nəticəyə gəlib. Ali təhsilinə və entomologiya sahəsində irəliləyişlərinə baxmayaraq, o deyir: «Həyatın təsadüflər nəticəsində cansız maddədən yaranması fikrinin lehinə heç bir sübut görmədim. Canlı orqanizmlərin nizamlığı və kompleks quruluşu məni əmin etdi ki, bütün xilqətin Xaliqi var».

Necə deyərlər, rəssamı onun əsərlərindən tanımaq olar. Jerard da Yaradanı canlı aləmi tədqiq etməklə tanıdı. O həmçinin Yaradana məxsus olan kitabı — Müqəddəs Kitabı oxudu (2 Timutiyə 3:16). Professor oradan bəşəriyyətin keçmişi barədə öyrəndi və insanların üzləşdiyi problemlərin həlli yolunu tapdı. Beləcə, o əmin oldu ki, Müqəddəs Kitabın müəllifi də Külli-İxtiyar Yaradandır.

Jerard öz təcrübəsindən gördü ki, bütün sualların cavabını Müqəddəs Kitabdan oxumağa dəyər. Məsləhət görürük ki, siz də bu kitabı oxuyasınız.