Kontentə keç

Mündəricatı göstər

ÖLKƏLƏR VƏ XALQLAR | MONQOLUSTAN

Monqolustana səyahət

Monqolustana səyahət

ÇİNGİZ XAN. XII əsrin bu qorxmaz cəngavəri böyük Monqol imperiyasının əsasını qoyub. Bu gün bu böyük imperiyadan kiçicik bir ərazi qalıb. Hal-hazırda Monqolustan dövləti Rusiya ilə Çin dövlətinin arasında yerləşir və dünyada əhalinin ən seyrək məskunlaşdığı dövlətlərdən biridir.

Monqolustan geniş yamyaşıl yaylalardan, təpələr boyunca uzanan örüşlərdən, uca dağlardan və çaylardan ibarətdir. Ölkənin cənubunda yerləşən Qobi səhrası günümüzə qədər gəlib çatan ən yaxşı dinazavr qalıqları ilə tanınır. Monqolustan dəniz səviyyəsindən 1580 metr hündürdə yerləşir. İlin 250 günü günəşli keçdiyi üçün yerli əhali oranı «Mavi səma ölkəsi» adlandırır.

İrbis, qar bəbiri

Monqolustanın iqlimi kəskin kontinentaldır. Yayda 40 dərəcəyə qədər isti, qışda isə mənfi 40 dərəcəyə qədər şaxta olur. Əhalinin üçdə biri köçəri həyat sürür. Kişilər və qadınlar sübh tezdən durub keçiləri, inəkləri, dəvələri və madyanları sağırlar. Monqollar əsasən ət və süd məhsulları ilə qidalanırlar, xüsusilə də qoyun ətini sevirlər.

Kəsmiyi xəmir kimi yoğurur və qurudaraq aaruul, yəni qurut hazırlayırlar

Monqollar qonaqpərvər xalqdır. Onlar öz dairəvi gerlərinin, yəni köçəri alaçıqlarının qapısını heç vaxt kilidləmirlər. Belə ki, yoldan keçən hər adam içəri girib istirahət edə və onlar üçün qoyulan təamlardan dada bilər. Çox vaxt qonaqlara içərisinə bir az duz qatılmış südlü isti çay verilir.

Ölkə əhalisinin böyük qismi buddistlərdir. Bununla yanaşı, şamanizm, islam və xristian dininə mənsub olanlar da var, çoxları isə ümumiyyətlə heç bir dinə mənsub deyil. Hal-hazırda Monqolustanda 350-dən çox Yehovanın Şahidi var və onlar təxminən 770 nəfərlə Müqəddəs Kitab dərsləri keçirlər.

Baktrian (ikihürgüclü dəvə) şaxtalı havada belə yük daşıya bilir