Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Timsahın çənəsi

Timsahın çənəsi

TİMSAH heyvanlar aləmində ən bərk dişləyən heyvandır. Misal üçün, Avstraliyanın yaxınlığında tapılan dəniz timsahı, şirdən və ya pələngdən üç dəfə bərk dişləyir. Bununla belə, timsahın çənəsi insan barmağının ucundan daha həssasdır. Bu, necə mümkündür, axı onun dərisi sərt və qabadır?

Timsahın çənəsi minlərlə hissetmə orqanları ilə (sensorlar) örtülüb. Bunları araşdıran tədqiqatçı alim Dunkan Leyç bildirir: «Sinir sonluqlarının mərkəzi kəllədəki oyuqda yerləşir». Bunun sayəsində çənədəki sinir lifləri qorunur, eyni zamanda da bəzi yerləri o qədər həssaslaşır ki, onları heç bir cihazla ölçmək mümkün deyil. Beləcə, timsah ağzında olan yeyilən şeyləri yeyilməyən şeylərdən ayırd edə bilir. Həmçinin dişi timsah balalarını zədələmədən ağzında daşıya bilir. Timsahın çənəsinin həm güclü, həm də həssas olması insanı valeh edir.

Necə fikirləşirsiniz? Timsahın çənəsinin belə xüsusiyyətlərə malik olması təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?