Kontentə keç

Mündəricatı göstər

Müntəzəm mütaliə etməyə kömək edən addımlar

Müntəzəm mütaliə etməyə kömək edən addımlar

HƏR həftə fərdi mütaliə etmək sizə çətin, darıxdırıcı gəlir? Hərdən bu hamımıza çətin olur. Amma gəlin müntəzəm etdiyimiz digər şeylər barədə də düşünək. Məsələn, duş qəbul etmək. Bu, vaxt və güc tələb etsə də, nəticədə təravət tapırıq, rahatlanırıq. Eynilə Müqəddəs Kitabı mütaliə edəndə «Allahın sözü ilə yuyunub» təmizlənirik və ruhani cəhətdən təravət tapırıq (Efes. 5:26). Gəlin bizə kömək edəcək bəzi məsləhətlər nəzər salaq.

  • Cədvəl tərtib edin. Müqəddəs Kitabın mütaliəsi daha vacib şeylərin sırasındadır (Filip. 1:10). Məsihi buna ciddi yanaşmalıdır. Mütaliə etməyi unutmamaq üçün tərtib etdiyiniz cədvəli görünən yerə, məsələn, soyuducunun qapısına yapışdıra bilərsiniz. Bundan əlavə, mütaliə vaxtınızın yaxınlaşdığını sizə xatırlatması üçün elektron cihazınızda zəngli saat qurmaq olar.

  • Öz vəziyyətinizi nəzərə alın. Hansı üsulla mütaliə edəndə diqqətinizi cəmləmək sizə daha asan olur: bir dəfəyə bir saat vaxt ayırmaq, yoxsa bir neçə dəfəyə az-az mütaliə etmək. Öz vəziyyətinizi siz daha yaxşı bilirsiniz. Odur ki, cədvəlinizi buna uyğun qurun. Əgər həmin vaxta gələndə özünüzü həvəssiz hiss etsəniz, heç olmasa, cəmi 10 dəqiqə mütaliə edə bilərsiniz? Az da olsa mütaliə etmək heç etməməkdən daha yaxşıdır. Mütaliəyə başlayandan sonra, ola bilsin, davam etməyə həvəsiniz yaranacaq (Filip. 2:13).

  • Mövzuları əvvəlcədən seçin. Əgər mütaliə etməyə oturub sonra mövzu seçsəniz, ola bilsin, vaxtınızdan səmərəli istifadə etməyəcəksiniz (Efes. 5:16). Çalışın mütaliə etmək istədiyiniz məqalələrin və mövzuların siyahısını tutasınız. Nə vaxt ağlınıza sual gəlsə, onu bir yerə qeyd edin. Hər dəfə mütaliə edib qurtarandan sonra araşdırmaq istədiyiniz mövzuların siyahısına başqalarını da əlavə edə bilərsiniz.

  • Dəyişikliklər etməyə hazır olun. Cədvəlinizi elə qurun ki, lazım gələndə dəyişiklik edə biləsiniz. Nə vaxt, nə qədərnəyi mütaliə etməyinizdən çox mütaliəni müntəzəm etməyiniz vacibdir.

Müntəzəm mütaliənin bizə böyük faydası var. Bunun sayəsində Yehovaya yaxınlaşırıq, həyatda düzgün qərarlar verməyi öyrənirik və təravət tapırıq (Yuş. 1:8).