Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ

Mütaliə üçün əlverişli şərait yaradın

Mütaliə üçün əlverişli şərait yaradın

Fərdi mütaliənizdən daha çox fayda əldə etmək istəyərdiniz? Növbəti məsləhətlər sizə bu sahədə kömək edəcək.

  • Münasib yer seçin. Mümkündürsə, mütaliənizi səliqəli və işıqlı yerdə keçirin. Masa arxasında otura, yaxud açıq havada rahat bir yer seçə bilərsiniz.

  • Tək ola biləcəyiniz bir yer seçin. İsa dua etmək üçün «səhər ertədən» durub, «kimsəsiz bir yerə» getmişdi (Mark 1:35). Əgər heç kimin olmadığı bir yer tapmaq çətindirsə, mütaliə edəcəyinizi evdəkilərə bildirin və bu müddət ərzində sizə mane olmamalarını xahiş edin.

  • Diqqətiniz yayınmasın. Əgər mütaliənizi telefondan və ya planşetdən edirsinizsə, sizə mane olmaması üçün bildirişləri səssizə alın, yaxud təyyarə rejiminə keçirin. Əgər mütaliə zamanı görməli olduğunuz hansısa bir iş yadınıza düşsə, unutmamaq üçün qısa qeyd yazın. Əgər diqqətinizi cəmləməyə çətinlik çəkirsinizsə, gəzmək və ya bir-iki dartınma hərəkəti etmək üçün fasilə edin.