MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
Allahın varlığına inanmırdım
-
DOĞULDUĞU İL: 1974
-
ÖLKƏ: ALMANİYA DEMOKRATİK RESPUBLİKASI
-
KEÇMİŞDƏ: ATEİST
KEÇMİŞİM
Mən keçmiş Almaniya Demokratik Respublikasının (ADR) Saksoniya vilayətinin kəndində anadan olmuşam. Ailəmiz çox mehriban idi. Valideynlərim mənə körpəlikdən əxlaq dəyərləri aşılayırdılar. ADR-də Kommunist rejimi hökm sürdüyü üçün bizim vilayətin əksər camaatını din maraqlandırmırdı. On səkkiz yaşına kimi ateizm və kommunizm ideologiyasının təsiri altında böyüdüyüm üçün Allahın varlığına inanmırdım.
Kommunizm ideologiyası məni özünə cəlb edirdi, çünki kommunizmə görə bütün insanlar bərabər olmalı idi. Kommunizm tərəfdarı olan bir insan kimi düşünürdüm ki, ölkənin sərvəti əhali arasında bərabər paylaşdırılmalıdır, çünki yalnız bunun sayəsində varlılarla kasıblar arasındakı kəskin fərqi aradan qaldırmaq olar. Bu səbəbdən Kommunist Gənclər Təşkilatına üzv oldum. On dörd yaşımda istifadə edilmiş kağızların yenidən emalı üzrə təşkil olunmuş layihədə fəal şəkildə iştirak edirdim. Kəndimizin aid olduğu Aue şəhərinin rəhbərliyi çəkdiyim zəhmətə minnətdarlıq əlaməti olaraq məni mükafatla təltif etdi. Çox gənc olmağıma baxmayaraq, ölkəmizin məşhur siyasətçiləri ilə tanış idim. Öz aləmimdə mən ən doğru yolu tutmuşdum və gələcəyimin parlaq olacağına əmin idim.
Bir gün bütün xəyallarım alt-üst oldu. 1989-cu ildə Berlin divarı uçuruldu və bununla da Şərqi Avropadakı kommunist bloku dağıldı. Bir-birinin ardınca bir neçə dəfə sarsıntı keçirdim. Çox tez bir zamanda başa düşdüm ki, ADR-də də çox haqsızlıqlar olub. Misal üçün, kommunizmi dəstəkləməyənlərə ölkənin ikinci dərəcəli vətəndaşları kimi yanaşılırdı. Buna görə də bəzi suallar mənə rahatlıq vermirdi. Axı bu necə ola bilər, axı biz kommunistlər iddia edirdik ki, bütün insanlar bərabərdir? Yoxsa kommunizm ideologiyası, sadəcə, xülya idi?
Bu hadisələrdən sonra qarşıma başqa məqsədlər qoydum, musiqiyə və rəssamlığa meyil saldım. Musiqi məktəbində, sonra isə universitetdə oxumaq şansım yaranmışdı, buna görə də peşəkar musiqiçi-rəssam olmaq istəyirdim. Valideynlərimin aşıladığı əxlaq dəyərləri artıq mənim üçün əhəmiyyətsiz idi. Məni yalnız əylənmək, kef etmək, qızlarla gəzmək maraqlandırırdı. Amma nə musiqi, nə rəssamlıq, nə kef çəkmək içimdəki narahatçılığı azaltmadı. Bu narahatçılıq çəkdiyim rəsmlərdə belə hiss olunurdu. Qorxu və suallar mənə rahatlıq vermirdi: gələcəyim necə olacaq? Həyatın mənası nədədir?
* adlı bir qız Yehovanın Şahidi idi. Həmin gün o mənə çox yaxşı məsləhət verdi. O dedi: «Andreas, həyatla və gələcəklə bağlı suallarına cavab tapmaq istəyirsənsə, Müqəddəs Kitabı diqqətlə oxu».
Nəhayət suallarıma cavab tapdım və bu cavablar məni məəttəl qoydu. Bir gün axşamüstü tələbə yoldaşlarımla universitetdə oturub gələcəklə bağlı söhbət edirdik. Onlardan biri, MendiƏmin deyildim, bunu etməyə dəyər, ya yox. Amma yenə də qərara gəldim, Müqəddəs Kitabı oxuyum. Mendi mənə Müqəddəs Kitabın «Dənyal» bölməsinin ikinci fəslini oxumağı məsləhət gördü. Oxuduqlarım məni şoka saldı. Bu fəsildə bizim dövrdə də güclü təsiri olan böyük dünya dövlətləri barədə yazılmışdı. Mendi mənə həmçinin gələcəyə aid ayələr də göstərdi. Nəhayət ki, suallarıma cavab tapdım! Amma məndə başqa suallar yarandı: bunu kim yazıb? Gələcəyi bu qədər dəqiqliklə kim deyə bilərdi? Bəlkə, bu, varlığını dandığımız Allahdır?
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ
Mendi məni Yehovanın Şahidlərindən olan bir ailə ilə, Horst və Anjelika ilə tanış etdi. Onlar mənə Müqəddəs Kitabın dərinliklərini başa saldılar. Çox keçməmiş bir həqiqəti başa düşdüm: Yehovanın Şahidləri insanlara Allahın adının Yehova olduğunu bəyan edən və daim bu adı çəkən yeganə dindir (Zəbur 83:18; Mətta 6:9). Müqəddəs Kitabı öyrəndikcə gördüm ki, Yaradan insanlara yer üzündə quracağı cənnətdə əbədi həyat vəd edir. Zəbur 37:9 ayəsində deyilir: «Yehovaya güvənənlər... yer üzünə sahib olacaq». Allah söz verir ki, Onun Müqəddəs Kitabda yazılmış qanunlarına var gücü ilə əməl edən bütün insanlar bu neməti alacaq. Bu fikir mənə güclü təsir bağışlamışdı.
Etiraf edim ki, həyatımı Müqəddəs Kitab qanunlarına uyğunlaşdırmaq mənim üçün çətin idi. Musiqidə və rəssamlıqda qazandığım uğurlar məni qürurlu etmişdi, buna görə də, ilk növbədə, təvazökar olmalı idim. Əxlaq cəhətdən bərbad vəziyyətdə olan həyat tərzimi dəyişmək də asan deyildi. Amma Yehova Allaha şükürlər oxuyuram ki, Onun nəsihətlərinə boyun əymək üçün var gücü ilə çalışan insanlara qarşı səbirli və mərhəmətlidir!
On səkkiz yaşıma kimi məni kommunizm və ateizm formalaşdırıb. Amma Müqəddəs Kitabı öyrənməyə başlayandan çox dəyişmişəm. İndi məni Allah-Taalanın nəsihətləri formalaşdırır. Aldığım biliklər gələcəyə görə içimdə keçirdiyim qorxunu yox etdi və həyatıma məna qatdı. 1993-cü ildə Yehovanın Şahidi oldum, 2000-ci ildə isə Tabita adlı Allahı çox sevən bir dindaşımla ailə qurdum. Birlikdə şəraitimiz yol verdiyi qədər insanlara Müqəddəs Kitabdan elm almağa kömək edirik. Bu fəaliyyətlə məşğul olanda mənim kimi kommunizm və ateizm təsiri altında böyümüş insanlarla rastlaşırıq. Onlara Yehova Allahı tanımağa kömək edəndə dərin məmnunluq duyuram.
MƏNƏ FAYDASI
Yehovanın Şahidləri ilə təzə-təzə tanış olduğum vaxtlar valideynlərim mənə görə narahat olurdu. Amma sonra onlar gördülər ki, bu insanlarla ünsiyyət mənə müsbət təsir göstərir. Çox şadam ki, indi onlar Müqəddəs Kitabı oxuyur və Yehovanın Şahidlərinin ibadət evlərində keçirilən görüşlərə gedirlər.
Çox xoşbəxt ailəm var, çünki Tabita da, mən də Müqəddəs Kitabda Allahın ərlər və arvadlar üçün qoyduğu qanunlara əməl edirik. Misal üçün, Allah buyurur ki, ərlə arvad bir-birinə vəfalı olmalıdır. Bu qanuna boyun əymək bizim ailə tellərini möhkəmləndirir (İbranilərə 13:4).
Daha həyatı, gələcəyi fikirləşəndə qorxmuram. Mən bütün dünyanı əhatə edən, mənim kimi Yehova Allaha ibadət edən qardaşlığın, sülh və birlik içində yaşayan böyük bir ailənin üzvüyəm. Bu ailədə hamı bərabər tutulur. Bəli, mən həyatım boyu məhz bunu axtarmışam.
^ abz. 12 Ad şərtidir.