Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.

Hansı dörd üsulun vasitəsilə nəğmələri şövqlə oxumağı öyrənə bilərik?

Nəğmə kitabını yuxarı tutaraq qamətimizi dikəldə bilərik. Düzgün nəfəs almalıyıq. Ağzımızı geniş açsaq, ucadan oxuya biləcəyik (w17.11 s. 5).

İsraildə sığınacaq şəhərlərin harada yerləşməsində və həmin şəhərə aparan yollarda diqqətəlayiq olan nədir?

Ölkənin müxtəlif yerlərində altı sığınacaq şəhəri ayrılmışdı. Bu şəhərlərə aparan yollar yaxşı vəziyyətdə idi. Bunun sayəsində təqsirkar tez və rahat bir şəkildə qaçıb bu şəhərlərdən birinə sığına bilərdi (w17.11 s. 14).

Nə üçün Allahın İsa Məsih vasitəsilə ödədiyi fidyə hədiyyəsi aldığımız ən dəyərli hədiyyədir?

İnsanın əbədi yaşamaq arzusu var, həmçinin hər birimiz günah və ölümün köləliyindən qurtulmağa ehtiyac duyuruq. Fidyə ənamı bütün bunları mümkün etdi. Adəmin övladlarına duyduğu məhəbbətdən irəli gələrək biz hələ günahlı ikən Allah İsa Məsihi uğrumuzda qurban verdi (wp17.6 s. 6, 7).

Zəbur 118:22 ayəsi Məsihin dirilməsinə necə aiddir?

İsanı Məsih olaraq qəbul etmədilər və onu öldürdülər. «Küncün əsas daşı» olması üçün o, dirilməli idi (w17.12 s. 9, 10).

Məsihin nəsil şəcərəsi yalnız ilk oğulluq haqqı olan kişilərdənmi ibarət idi?

Məsihin nəsil şəcərəsinə ilk doğulan oğlan uşaqları daxil olsa da, onun şəcərəsi yalnız ilk oğulluq haqqı olan insanlardan ibarət deyildi. Məsələn, Davud Yəssənin ilk oğlu deyildi, bununla belə, Məsih onun nəslindən gəldi (w17.12 s. 14, 15).

Müqəddəs Kitabda hansı tibbi məsləhətlər var?

Musanın qanununa əsasən, müəyyən xəstəliklərə tutulan insanlar düşərgədən təcrid olunmalı idi. Qanunda buyrulurdu ki, cəsədə toxunan insan yuyunmalıdır. Qanunda həmçinin insan nəcisinin yox edilməsi ilə bağlı sanitariya qaydaları yer alırdı. Oğlan uşağı dünyaya gələndə səkkizinci gün sünnət olunmalı idi. Çünki bu zaman qanın laxtalanması normal səviyyəyə çatır (wp18.1 s. 7).

Nəyə görə məsihinin özünə sağlam sevgi bəsləməsi qəbahət deyil?

Biz yaxınımızı özümüzü sevdiyimiz kimi sevirik (Mark 12:31). «Ər arvadını öz bədənini sevdiyi kimi sevməlidir» (Efes. 5:28). Lakin insanın özünə olan sevgisi xudbinliyə çevrilə bilər (w18.01 s. 23).

Hansı addımlar ruhani cəhətdən inkişaf etməyə kömək edir?

Biz Allahın Kəlamını mütaliə edib oxuduqlarımızdan nəticə çıxarmalı və öyrəndiklərimizi həyatımızda tətbiq etməliyik. Həmçinin imkan verməliyik ki, müqəddəs ruh zehnimizə və ürəyimizə təsir etsin. Bundan əlavə, başqalarının köməyini qəbul etməliyik (w18.02 s. 26).

Nə üçün astrologiya və falçılıq gələcəyi öyrənmək üçün etibarlı mənbə deyil?

Bunun bir çox səbəbi var. Amma ən başlıca səbəbi odur ki, Müqəddəs Kitabda hər ikisi mühakimə olunur (wp18.2 s. 4, 5).

Qonaq gələcəyimizə söz vermişiksə, necə davranmalıyıq?

Kiməsə qonaq gələcəyimizə söz vermişiksə, verdiyimiz sözün üstündə durmalıyıq (Zəb. 15:4). Ciddi səbəb olmadan getməmək düzgün deyil. Yəqin ki, bizi qonaq çağıran adam artıq hazırlıq görüb (w18.03 s. 18).

Məsul qardaşlar Timutidən hansı sahələrdə örnək ala bilər?

Timuti dindaşlarının qeydinə qalır, ruhani işləri ön plana qoyur, xidmətə can yandırırdı. Həmçinin öyrəndiklərinə əməl edir, həmişə öz üzərində işləyirdi. Timuti Yehovanın gücünə arxalanırdı. Həm ağsaqqallar, həm də digərləri Timutidən örnək ala bilər (w18.04 s. 13, 14).