Müqəddəs Kitabın cavabı
Sizcə, Müqəddəs Kitab qayğılarımızı yüngülləşdirə bilər?
Bu barədə nə deyərdiniz?
Bəli
Xeyr
Ola bilsin
Müqəddəs Kitabda deyilir:
«Bütün qayğılarınızı [Allahın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Müqəddəs Kitab bizi əmin edir ki, Allah qayğılarımızı yüngülləşdirməyə qadirdir.
Müqəddəs Kitabda daha nə deyilir?
Biz duada Allahın sülhünü diləsək, rahatlıq taparıq (Filippililərə 4:6, 7).
Müqəddəs Kitabı oxumaqla da narahatçılığımızı azalda bilərik (Mətta 11:28—30).
Elə bir vaxt olacaqmı ki, həyat qayğısız olsun?
Bəzi insanlar inanır ki, həyat qayğısız ola bilməz, kimisi isə insanın yalnız öləndən sonra rahat yaşayacağını düşünür. Siz bu barədə nə deyərdiniz?
Müqəddəs Kitabda nə deyilir?
Allah narahatçılıq yaradan problemləri dünyadan yox edəcək. «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).
Müqəddəs Kitabda daha nə deyilir?
Gələcəkdə dünyanı Allahın qurduğu hökumət idarə edəcək. Onda insanlar dinc və əmin-aman yaşayacaq (Əşiya 32:18).
İnsanları üzən qayğılar və problemlər unudulacaq (Əşiya 65:17).