Kontentə keç

Mündəricatı göstər

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

4 | Allahın köməyi ilə nifrətə qalib gəlin

4 | Allahın köməyi ilə nifrətə qalib gəlin

Təlim:

«Ruhun bəhrəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq» (QALATİYALILARA 5:22, 23).

Mənası:

Nifrət zəncirini Allahın köməyi ilə qırmaq mümkündür. Allahın müqəddəs ruhunun sayəsində bizdə gözəl keyfiyyətlər yarana bilər. Öz gücümüzə bu keyfiyyətlərə yiyələnmək, demək olar ki, mümkün deyil. Buna görə də nifrətə öz gücünüzlə qalib gəlməyə çalışmayın. Allahdan kömək istəyin. Belə etsəniz, siz də bir mömin insanın sözlərinə şərik olacaqsınız. O demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Beləcə, siz də əminliklə deyəcəksiniz: «Mənim köməyim... Yehovadan gəlir» (Zəbur 121:2).

Siz nə edə bilərsiniz?

«Yehova Allah mənim kimi qəddar birisini sülhpərvər bir insana çevirdi» (VALDO).

Yehovaya dua edib, Ondan müqəddəs ruh istəyin (Luka 11:13). Xahiş edin ki, sizə gözəl keyfiyyətlər yetişdirməyə kömək etsin. Müqəddəs Kitabı araşdırın, görün nifrətə qalib gəlməyə kömək edən keyfiyyətlər, məsələn, məhəbbət, sülh, səbir və təmkin barədə orada nə yazılıb. Bu keyfiyyətləri öz həyatınızda təzahür etdirməyə çalışın. Həmçinin özündə bu keyfiyyətləri yetişdirməyə çalışan insanlarla oturub-durun. Bu cür insanlar sizi məhəbbətə və yaxşı işlərə təşviq edəcəklər (İbranilərə 10:24).