Kontentə keç

Mündəricatı göstər

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

1 | Ayrı-seçkilik etməyin

1 | Ayrı-seçkilik etməyin

Təlim:

«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (HƏVARİLƏRİN İŞLƏRİ 10:34, 35).

Mənası:

Yehova * Allah insanlara milliyyətinə, irqinə, dərisinin rənginə və ya mədəniyyətinə görə qiymət vermir. Əksinə, Onun üçün başqa şey — insanın daxili aləmi vacibdir. Həqiqətən də, «insan zahiri görür, Allah isə ürəyi» (1 İşmuil 16:7).

Siz nə edə bilərsiniz?

Biz insanların ürəyini görmürük. Amma Allahdan nümunə götürərək, insanlar arasında ayrı-seçkilik etməyə bilərik. İnsanlara kütlə kimi baxmayın, hər kəsə fərdi yanaşın. Əgər ürəyinizdə kimlərəsə qarşı, məsələn, hansısa irqə və ya millətə qarşı mənfi hisslərin olduğunu görürsünüzsə, bu hisslərdən qurtulmaq üçün duada Allahdan kömək istəyin (Zəbur 139:23, 24). Sidqi-ürəkdən Yehova Allaha dua etsəniz, əmin olun ki, O, duanızı eşidəcək və sizə qərəzsiz olmağa kömək edəcək (1 Butrus 3:12).

^ abz. 6 Yehova Allahın adıdır (Zəbur 83:18).

«Əvvəllər ağdərili insanla sakit oturmağı belə bacarmırdım... Mən özümü beynəlxalq qardaşlığın üzvü kimi hiss etdim» (TAYTUS).