Dünya nifrətə bürünüb
Bəşər ailəsi nifrətin əsiridir.
Xəbərlərdə tez-tez nifrətin nəticəsi olan əməllər barədə eşidirik. Məsələn, insanlar bir-birini təhqir edir, təhqiramiz məktublar göndərir, internet vasitəsilə nifrətini ifadə edir və hətta cinayətlər törədir. Sonsuz sayda insan isə qərəzin, cəmiyyətdə kök salmış fikirlərin, təhqirlərin, rişxəndin və vandalizmin qurbanı olur. Bəli, nifrət bütün dünyanı cənginə alıb!
Bu jurnalı oxuyanda görəcəksiniz ki, nifrət zəncirini necə qırmaq olar. Bu sadəcə xəyal deyil, reallıqdır. Artıq bütün dünyada nifrət zəncirindən qurtulmuş insanlar var.