Kontentə keç

Mündəricatı göstər

Nifrətə qalib gəlmək mümkündür!

Nifrətə qalib gəlmək mümkündür!

Siz heç nifrətə tuş gəlmisiniz?

Əgər şəxsən özünüz bununla üzləşməmisinizsə, onda yəqin ki, nifrətə tuş gələn insanlarla rastlaşmısınız. Üstəlik, tez-tez irqinə, milliyyətinə, yaxud cinsi oriyentasiyasına görə kimlərinsə nifrətə məruz qaldığı barədə xəbərlər eşidirik. Buna görə də bir çox ölkələrdə hökumət nifrət zəminində törədilən cinayətlərin qarşısını almaq üçün qanunlar verir.

Nifrətdən nifrət doğur. Nifrətə tuş gələn adamlar çox vaxt intiqam alırlar. Bu isə qarşılıqlı nifrət zənciri yaradır.

Ola bilsin, siz də qərəzlə, cəmiyyətdə dərin kök salmış baxışlarla, rişxəndlə, təhqirlərlə və təhdidlərlə üzləşmisiniz. Ancaq nifrət təkcə bu kimi şeylərlə özünü büruzə vermir. Çox vaxt nifrət aqressiyaya, məsələn, şiddətə, təcavüzə, qətlə, hətta soyqırıma səbəb olur.

Bu jurnalda növbəti suallara cavab tapacaqsınız və öyrənəcəksiniz ki, nifrətə necə qalib gəlmək olar.

  • Nəyə görə nifrət dünyanı cənginə alıb?

  • Nifrət zəncirini necə qırmaq olar?

  • Nifrətin olmadığı bir dünya mümkündürmü?