Kontentə keç

Mündəricatı göstər

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

2 | Qisas almayın

2 | Qisas almayın

Təlim:

«Heç kimə pislik əvəzinə pislik etməyin... İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. Əzizlərim, siz qisasınızı almayın... Çünki yazılıb: “Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”» (ROMALILARA 12:17—19).

Mənası:

Haqsızlıqla üzləşəndə qəzəblənmək təbiidir. Ancaq Allah bizim qisas almağımızı istəmir. Əksinə, istəyir ki, biz səbirli olub Onu gözləyək, çünki O, tezliklə bütün ədalətsizliklərə son qoyacağına söz verir (Zəbur 37:7, 10).

Siz nə edə bilərsiniz?

İnsan qisas alanda bu, nifrət zəncirini daha da uzadır. Buna görə də kimsə sizə pislik edəndə əvəz çıxmayın. Hisslərinizi cilovlamağa və təmkinlə davranmağa çalışın. Bəzən isə ən yaxşısı məsələnin üstündən keçməkdir (Məsəllər 19:11). Sözsüz, bəzən məsələ ilə bağlı aidiyyəti olan orqanlara məlumat vermək lazım gələ bilər. Məsələn, əgər sizə qarşı cinayət törədilibsə, bununla bağlı polisə, yaxud digər orqanlara şikayət edə bilərsiniz.

Qisas almaq məğlubiyyətdir

Bəzən əlinizdən gələni etsəniz də, məsələni yoluna qoymaq mümkün olmur. Belə vəziyyətdə nə edə bilərsiniz? İntiqam almayın. Bununla vəziyyəti daha da pisləşdirəcəksiniz. Əksinə, nifrət zəncirini qırın. Məsələni Allahın öhdəsinə buraxın. Müqəddəs Kitabda deyilir: «Ona güvən, O, sənin işini hasil edər» (Zəbur 37:3—5).