Allah qayğınıza qalır
MÜQƏDDƏS KİTABDA bizim üçün çox yaxşı məsləhətlər var, çünki bu kitab Allahdandır. Düzdür, o, sağlamlıqla bağlı kitab deyil. Amma iztirablı vəziyyətlərin, bizi rahat buraxmayan fikirlərin, mənfi emosiyaların, fiziki və psixi sağlamlığımıza təsir edən problemlərin öhdəsindən gəlməyə kömək edə bilər.
Ən əsası, Müqəddəs Kitab bizi əmin edir ki, Yaradanımız Yehova Allah a düşüncələrimizi və hisslərimizi hamıdan yaxşı başa düşür. O istəyir ki, üzləşdiyimiz istənilən çətinlikdə bizə kömək etsin. Bunu növbəti ayələrdəki təsəlli sözlərindən görmək olar:
«Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (ZƏBUR 34:18).
«Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (ƏŞİYA 41:13).
Yehova Allah psixoloji problemlərin öhdəsindən gəlməyə bizə necə kömək edir? Növbəti məqalələrdən görəcəksiniz ki, O, həqiqətən də, bizim qayğımıza qalır və bunu müxtəlif yollarla edir.
a Yehova — Allahın adıdır (Zəbur 83:18).