Kontentə keç

Mündəricatı göstər

3 | Qədimdə yaşamış mömin insanların nümunəsi

3 | Qədimdə yaşamış mömin insanların nümunəsi

MÜQƏDDƏS KİTABDA DEYİLİR Kİ,.. Mömin kişi və qadınlar «bizdəki kimi duyğulara malik» insanlar idilər (YAQUB 5:17, haşiyə).

Mənası

Müqəddəs Kitabın səhifələrində müxtəlif hisslər keçirmiş kişi və qadınların həyat hekayələri yer alır. Bu əhvalatları oxuyanda görə bilərik ki, onlardan ən azı biri eynən bizim kimi hisslər keçirib.

Necə tətbiq edə bilərik?

Hər birimiz istəyərik ki, ətrafımızdakı insanlar keçirdiyimiz hissləri başa düşsün. Psixoloji problemlərlə mübarizə aparanda buna xüsusilə ehtiyac duyuruq. Müqəddəs Kitabdan real əhvalatları oxuyanda görürük ki, həmin insanlar da bizim kimi hisslər keçiriblər, eyni cür düşünüblər. Beləcə, görürük ki, əzab çəkən, narahatlıqla və bədbin hisslərlə mübarizə aparan təkcə biz deyilik.

  • Müqəddəs Kitabda özünü məyus, çarəsiz hiss edən çoxlu sayda insanın sözləri qələmə alınıb. Nə vaxtsa belə demisiniz: «Daha bacarmıram!» Bəzi peyğəmbərlər, məsələn, Musa, İlyas, Davud peyğəmbər də belə hisslər keçirib (Saylar 11:14; 1 Padşahlar 19:4; Zəbur 55:4).

  • Müqəddəs Kitabda Hənnə adlı qadından danışılır. Onun övladı yox idi, üstəlik, günüsü onu ələ salırdı, buna görə də o, «çox kədərli» idi (1 İşmuil 1:6, 10).

  • Allahın Kəlamında Əyyub peyğəmbər haqda da yazılıb. O, mömin həyat tərzi sürsə də, güclü emosional sarsıntı keçirmişdi. Ola bilsin, onun keçirdiyi hissləri siz də yaşamısınız. Bir dəfə peyğəmbər demişdi: «Bezmişəm, daha yaşamaq istəmirəm» (Əyyub 7:16).

Bu mömin insanlar mənfi fikirlərinə qalib gələ bilmişlər. Onların nümunələri üzərində düşünmək mənəvi iztirablarla mübarizədə bizə kömək edə bilər.