Kontentə keç

Mündəricatı göstər

4 | Müqəddəs Kitabdan dəyərli məsləhətlər

4 | Müqəddəs Kitabdan dəyərli məsləhətlər

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Müqəddəs Yazılardakı hər kəlmə… faydalıdır» (2 TİMUTİYƏ 3:16).

Mənası

Müqəddəs Kitab tibbi kitab olmasa da, orada faydalı, tətbiq edə biləcəyimiz çoxlu məsləhətlər yer alır. Bu məsləhətləri tətbiq etmək psixoloji problemləri olan insanlara kömək edə bilər.

Necə tətbiq edə bilərik?

«Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (MƏTTA 9:12).

Müqəddəs Kitabda deyilir ki, bizim müalicəyə ehtiyacımız ola bilər. Çoxları psixi problemləri ilə bağlı etibarlı mənbələrdən məlumat əldə edir və ixtisaslaşmış mütəxəssislərə müraciət edib yardım alır.

«Fiziki məşqin faydası» var (1 TİMUTİYƏ 4:8).

Fiziki sağlamlığımızın qeydinə qalsaq, bu, mental sağlamlığımıza da müsbət təsir edəcək. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Bunun üçün müntəzəm idmanla məşğul olmaq, sağlam qidalanmaq və kifayət qədər yatmaq vacibdir.

«Şad ürək cana məlhəmdir, sınıq qəlb canı üzər» (MƏSƏLLƏR 17:22).

Müqəddəs Kitabdan təsəlliverici ayələr oxumaq, əlçatan məqsədlər qoymaq müsbət əhval-ruhiyyəni qorumağa kömək edə bilər. Diqqətinizi müsbət şeylərə cəmləmək və gələcəyə ümidlə baxmaq psixoloji problemlərinizin öhdəsindən gəlməyə sizə güc verəcək.

«Hikmət... təvazökar insanladır» (MƏSƏLLƏR 11:2).

İşlərinizi təkbaşına görə bilməyəndə başqalarının köməyini məmnuniyyətlə qəbul edin. Ola bilsin, ailəniz və dostlarınız sizə kömək etməyə hazırdırlar, amma nə edəcəklərini bilmirlər. Konkret hansı sahədə köməyə ehtiyac duyduğunuzu onlara deyin. Həddən artıq tələbkar olmayın və sizə göstərilən köməyə görə həmişə minnətdarlığınızı bildirin.

Müqəddəs Kitabdakı məsləhətlər səhhətində problemi olanlara kömək edir

«Hiss edirdim ki, sağlamlığımda nəsə qaydasında deyil, buna görə də həkimə müraciət etdim. O, vəziyyətimlə bağlı diaqnoz qoydu. Problemin nədə olduğunu başa düşdüm və səhhətimi yaxşılaşdırmaq üçün müalicə üsullarını araşdırdım» (Nikol a, bipolyar pozuntudan əziyyət çəkir).

«Fikir vermişəm ki, yoldaşımla birgə Müqəddəs Kitabı müntəzəm oxumaq mənə günə pozitiv və həvəslə başlamağa kömək edir. Özümü gücsüz hiss etdiyim vaxtlarda adətən müəyyən ayələr mənə təsəlli verir» (Piter, depressiyadan əziyyət çəkir).

«Səhhətimdəki problem barədə başqaları ilə danışmaq mənə çətin idi, çünki utanırdım. Lakin anlayışlı və şəfqətli bir dostumun köməyi sayəsində özümü daha yaxşı hiss elədim və gördüm ki, tək deyiləm» (Çi Yu, qidalanma pozuntusundan əziyyət çəkir).

«Müqəddəs Kitab işə və istirahətə tarazlı yanaşmağıma kömək edib. Oradakı hikmətli nəsihətlərin sayəsində mənəvi iztirablarımla mübarizə apara bildim» (Timoti, obsessiv-kompulsiv pozuntudan əziyyət çəkir).

a Bəzi adlar şərtidir.