Həyat dözülməz olanda
Amerika Birləşmiş Ştatlarında qasırğa olanda Salli * demək olar ki, hər şeyini itirmişdi. O bölüşür: «Elə vəziyyətdə idim ki, artıq dözməyə gücüm yox idi. Günlərlə havalı kimi gəzirdim».
İnsanın qəddini bükən digər bir faciə doğma adamın ölümüdür. Avstraliyada yaşayan Ceni öz dərdindən belə danışır: «İkinci oğlum da vəfat edəndə həyatım paramparça oldu. Sanki dünyamı darmadağın etmiş, viran qoymuşdular. Allaha yalvarırdım ki, yatıb bir də durmayım, bu dərdə dözə bilmirəm».
Daniel isə həyat yoldaşının xəyanət etdiyini biləndə sarsılmışdı. O deyir: «Arvadım xəyanət etdiyini etiraf edəndə, sanki xəncərlə ürəyimi deşdilər. Ürəyimi göynədən bu dəhşətli ağrı aylarla dinmək bilmirdi».
«Gözətçi qülləsi» jurnalının bu sayında araşdırılır ki, nəyə görə yaşamağa dəyər. Həyatda insanların üzləşdiyi növbəti vəziyyətlər nəzərdən keçiriləcək:
Gəlin ilk öncə görək təbii fəlakət baş verəndə necə tab gətirmək olar.
^ Bu məqalələrdə bəzi adlar dəyişdirilib.