Kontentə keç

Mündəricatı göstər

Allah əbədi nemətlər vəd edir

Allah əbədi nemətlər vəd edir
  • Müharibəsiz, şiddətsiz, çəkişməsiz bir dünya arzu edirsiniz?

  • «Kaş xəstəlik, əzablar, ölüm olmayaydı» deyə düşünürsünüz?

  • Narahatlığın, qorxu-təlaşın olmadığı bir həyat arzulayırsınız?

  • Təbii fəlakətlərin baş vermədiyi bir ərazidə yaşamaq istəyərsiniz?

Gözəl planetimizin Yaradanı Allah bəşəriyyətə əmin-amanlığın, xoşbəxtliyin hökm sürdüyü bir həyat vəd edir. Bu cür həyat boş xülya deyil.

Növbəti sualların cavabını biləndə bunun həqiqət olduğuna əmin olacaqsınız.

  • Yaradan Öz bəndələrinə hansı hissləri bəsləyir?

  • Allahın Kəlamında insanlar üçün hansı xəbər var?

  • Peyğəmbərlər Allahın hansı vədlərindən danışıb?

  • Necə edə bilərik ki, həm bu gün xoşbəxt olaq, həm də gələcəkdə əbədi nemətlər alaq?

Gəlin əvvəlcə Yaradanın insanlara olan məhəbbətindən danışaq.