Mütaliə üçün tövsiyə
«Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində ayələrin izahını oxuyursunuz?
Bu izahlar kömək edir ki, Allahın Kəlamını dərindən araşdıraq. Orada ayənin aid olduğu dövrdə vəziyyətin necə olduğu, bu ayənin nəyə görə yazıldığı və kimə ünvanlandığı ilə bağlı təfsilatlar yer alır; həmçinin ayədəki hansısa sözün və ya ifadənin mənası izah olunur.
Həm «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI™», həm də «JW Library®» tətbiqi vasitəsilə ayənin üzərindən «Axtarış» vəsaitindəki mənbəyə daxil ola bilərsiniz. Bu mənbələri orada mövcud olan istənilən Müqəddəs Kitab tərcüməsinin mütaliə sütununda tapa bilərsiniz.
Mənbələrə baxanda onların hansı ardıcıllıqla sıralandığına fikir verin. Son məqalələr səhifənin başında olur, səhifənin aşağısına doğru isə daha köhnə məqalələr yer alır, orada əvvəlki izahları tapmaq olar.
«Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI»nda «Axtarış» vəsaitindəki ayələrin mənbələri avtomatik quraşdırılıb.
«JW Library» tətbiqində isə həmin mənbələri görmək üçün «Axtarış» vəsaitini yükləmək və yeniləndikcə yenidən yükləmək lazımdır. Bunun üçün Müqəddəs Kitabın istənilən ayəsinin üstünə basın və orada açılan mütaliə sütununun yuxarısındakı düyməyə basın.