Oxucular üçün qeyd
Əziz oxucu
«Gözətçi qülləsi»nin bu sayındakı beş təlim məqaləsində növbəti suallara cavab veriləcək:
Birincisi, Yehova bəşər övladlarının günaha üstün gəlməsi üçün hansı tədbiri görüb?
İkincisi, əsl tövbə nədir və Yehova günah işləyən insanlara tövbə etməyə necə kömək edir?
Üçüncüsü, Korinf yığıncağında ciddi günah işləyib tövbə etməyən insanla bağlı hansı göstəriş verilmişdi?
Dördüncüsü, bu gün ağsaqqallar ciddi günah etmiş insana necə kömək edə bilər?
Beşincisi, ağsaqqallar və digər məsihilər artıq Yehovanın Şahidi olmayan insana hansı yollarla məhəbbət və mərhəmət göstərə bilərlər?