Ruhlandırıcı hadisə
Hər kəsə şəfqət göstərək
Bir gün Yeni Zelandiyada bir bacı «Bir-birinizin qeydinə qalın» adlı videoya baxır. Videoda Yehovanın insanlara təkcə şəfqət duymağından yox, həmçinin bu şəfqəti göstərməyindən də danışılır (Əşy. 63:7—9). Bacı videodan öyrəndiklərini tətbiq etmək üçün başqalarına kömək etmək qərarına gəlir. O elə həmin gün marketdə alış-verişdə olarkən evsiz-eşiksiz bir qadın görür. Bacı qadına onun üçün yemək almağı təklif edir. Qadın razılaşır. Bacı əlində yeməklə qayıdanda ona «Dərd-sər nə vaxtsa bitəcək?» bukleti ilə qısaca təbliğ edir.
Qadın ağlamağa başlayır. O, Yehovanın Şahidi olan bir ailədə böyüdüyünü, amma uzun illər əvvəl həqiqətdən uzaqlaşdığını deyir. Sən demə, həmin qadın bu yaxınlarda Yehovaya geri dönmək üçün dua edirmiş. Bacı qadına Müqəddəs Kitab verir. Onlar dərs keçmək üçün vaxt təyin edirlər a.
Biz də qohumlarımıza, yığıncaqdakı bacı-qardaşlarımıza şəfqət göstərə bilərik. Bununla Yehovadan örnək aldığımız görünəcək. Şəfqətli olduğumuzu təbliğ etmək üçün fürsətlər axtarmaqla da göstərə bilərik.
a Qeyri-fəallara kömək etmək üçün «Gözətçi qülləsi»nin 2020-ci il iyun sayında yerləşən «Mənə tərəf dönün» adlı məqaləyə baxın.