Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin bu il çıxan saylarını diqqətlə oxumusunuz? Onda görün növbəti suallara cavab verə bilərsiniz?

Düşüncəmizi yeniləşdirmək üçün nə etməliyik? (Rom. 12:2).

Bir-iki yaxşı əməlimizin olması kifayət deyil. Biz qəlbimizin dərinliyində necə insan olduğumuzu yoxlamalıyıq və lazımi dəyişikliklər etməliyik ki, Yehovanın normalarına maksimum dərəcədə uyğun yaşayaq (w23.01 s. 8—9).

Dünyada baş verənləri müşahidə edərkən tarazlığı necə qoruya bilərik?

Dünyada baş verən hadisələrin peyğəmbərliklərin icrası ilə necə bağlı olduğunu müşahidə etmək bizə maraqlıdır. Amma öz fərziyyələrimizi irəli sürüb yığıncaqda birliyi pozmamalıyıq. Yaxşı olar ki, söhbətlərimiz Yehovanın təşkilatının dərc etdiyi məlumatlara əsaslansın (1 Kor. 1:10) (w23.02 s. 16).

İsanın vəftizi davamçılarının vəftizindən nə ilə fərqlənir?

İsa Allaha həsr olunmuş İsrail xalqına mənsub olduğu üçün özünü Yehovaya həsr etməyinə ehtiyac yox idi. İsa kamil, günahsız insan idi. Onun günahlarına görə tövbə etməsinə ehtiyac yox idi (w23.03 s. 5).

Başqalarının görüş zamanı şərh verməsi üçün nə etməliyik?

Çalışmalıyıq, qısa şərh verək, onda başqaları da şərh verə biləcək. Həmçinin yaxşı olar ki, çox fikrə toxunmayaq. Beləcə, başqalarına da deməyə söz qalacaq (w23.04 s. 23).

Əşiya 35:8 ayəsində yazılan «Müqəddəslik yolu» nədir?

Bu məcazi yol ilk dəfə yəhudilərin Babildən vətənlərinə qayıtdığı yola aid işlənib. Bəs bizim dövrümüz barədə nə demək olar? 1919-cu ilə qədərki əsrlər ərzində hazırlıq işləri aparıldı. Bu işlərdən biri Müqəddəs Kitabın tərcüməsi və çapı idi. Allahın xalqı «Müqəddəslik yolu» ilə yeriyir. Bu yol ruhani cənnətdən keçir və bizi Padşahlığın gətirəcəyi nemətlərə aparır (w23.05 s. 15—19).

Məsəllər 9-cu fəsildə iki məcazi qadının təsviri əsasında hansı məsləhət verilir?

Məsəllərdə «axmaq qadın»dan danışılır. Onun dəvətini qəbul etmək insanı «Məzara» aparır. Qadın obrazı ilə təsvir olunan «həqiqi hikmət»in dəvəti isə «dərrakə yolu»na aparır və insana həyat bəxş edir (Məs. 9:1, 6, 13, 18) (w23.06 s. 22—24).

Yehovanın Lutla rəftarından Onun lütfkar və dərrakəli olduğu necə görünür?

Yehova Luta Sədumdan çıxıb dağlara qaçmağı tapşırmışdı. Lakin Lut Yehovaya yalvarıb Sohara sığınmağı xahiş edəndə Yehova onun xahişini nəzərə almışdı (w23.07 s. 21).

Ər pornoqrafiyaya baxırsa, qadın nə edə bilər?

Qadın günahı özündə görməməlidir. O, diqqətini Yehova ilə münasibətinə cəmləməli, həmçinin Müqəddəs Kitabda dərdli insanların təsəlli aldığı hadisələri oxuyub üzərində düşünməlidir. Qadın ərinə pornoqrafiyaya baxmağa şirnikləndirən vəziyyətlərdən uzaq durmağa kömək edə bilər (w23.08 s. 14—17).

Etiqadımızla bağlı etirazla qarşılaşanda anlayış bizə mülayim olmağa necə kömək edir?

Kimsə etiqadımızla bağlı sual verəndə və ya etiraz edəndə buna onun düşüncəsini, dəyərlərini öyrənmək imkanı kimi baxmalıyıq. Bununla mülayim cavab verməyə daha hazırlıqlı olacağıq (w23.09 s. 17).

Güc istəməklə bağlı Məryəmdən nə öyrənirik?

Məsihin anası olacağını öyrənəndə Məryəm başqalarının köməyinə üz tutdu. Cəbrayıl mələk və İlsəba Müqəddəs Yazılarla onu ruhlandırdılar. Biz də dindaşlarımızdan güc ala bilərik (w23.10 s. 15).

Yehova dualarımıza necə cavab verir?

Yehova dualarımızı eşidəcəyinə söz verir. O, dualarımızın Onun niyyəti ilə necə əlaqəli olduğuna da diqqət yetirir (Ərm. 29:12). Yehova oxşar dualara fərqli cavab verə bilər. Bununla belə, O, həmişə bizə dəstək olmağa hazırdır (w23.11 s. 21—22).

Romalılara 5:2 ayəsindən sonra nəyə görə 4-cü ayədə də yenidən ümiddən danışılır?

İnsan xoş müjdəni eşidəndə yerüzü Cənnətdə yaşayacağına ümidi yaranır. Amma əziyyətlərlə üzləşib onlara dözdükcə və Allahın razılığını qazandıqca ümidi daha da möhkəmlənir. Bu ümidin gerçəkləşməsi onun üçün daha real olur (w23.12 s. 12—13).