Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin bu il çıxan saylarını diqqətlə oxumusunuz? Onda görün növbəti suallara necə cavab verə bilərsiniz.

Qadınlarla rəftarda Yehovanın nümunəsini necə izləyə bilərik?

Yehova qadınlara qərəzsiz yanaşır, kişiləri onlardan üstün tutmur. O, qadınları dinləyir, onların hisslərinə, narahatlıqlarına biganə yanaşmır. Həmçinin qadınlara Öz işini görməyi etibar edib (w24.01 s. 15—16).

Efeslilərə 5:7 ayəsindəki «onlarla alıb-verəcəyiniz olmasın» sözlərinə necə əməl edə bilərik?

Həvari Bulus bu sözlərlə deyirdi ki, Yehovanı sevməyən, Onun normalarına uyğun yaşamağımızı çətinləşdirən insanlarla oturub-durmayaq. Bu həm canlı, həm də sosial şəbəkələrdə vaxt keçirdiyimiz insanlara aiddir (w24.03 s. 22—23).

Hansı yalanlardan özümüzü gözləməliyik?

Ola bilər, bacı-qardaşlar, pis niyyətləri olmasa da, doğruluğuna əmin olmadıqları məlumatları bizimlə bölüşsünlər. Tanımadığımız adamdan e-mail ala bilərik, həmçinin dönüklər özlərini həqiqətlə maraqlanırmış kimi göstərə bilərlər (w24.04 s. 12).

Yehovanın Süleyman padşaha, həmçinin Sədumla Əmurədə və Daşqında ölən insanlara çıxaracağı hökmlə bağlı nəyi bilirik və nəyi bilmirik?

Biz Yehovanın onları əbədilik məhv etdiyini əminliklə deyə bilmərik. Amma onu dəqiq bilirik ki, Yehova hər şeyi görür və böyük mərhəmət sahibidir (w24.05 s. 3—4).

Allahın «Qaya» olması bizi nəyə əmin edir? (Qan. 32:4).

Biz Yehovaya sığına bilərik. O, etibarlıdır, sözünün üstündə durur. Bundan əlavə, Yehova sabit Allahdır, O həmişə eynidir və niyyətindən dönmür (w24.06 s. 26—28).

Yeni yığıncağa necə uyğunlaşa bilərsiniz?

Yehovaya güvənin. O, keçmişdə xidmətçilərinə dayaq olduğu kimi sizdən də köməyini əsirgəməyəcək. Yeni yığıncağınızı əvvəlki ilə müqayisə etməyin. Bacı-qardaşlara qaynayıb-qarışın, yeni dostluqlar qurun (w24.07 s. 26—28).

Mətta 25-ci fəsildəki üç məsəldən nə öyrənirik?

Qoyunlar və keçilər haqda məsəl sədaqətli olmağın vacibliyini vurğulayır. Ağıllı və ağılsız qızlar haqda məsəl göstərir ki, hazırlıqlı və ayıq-sayıq olmalıyıq. Talant haqda məsəl isə bizi əməksevər və çalışqan olmağa səsləyir (w24.09 s. 20—24).

Süleymanın məbədindəki eyvanın hündürlüyü nə qədər idi?

Bəzi qədim əlyazmalarda 2 Salnamələr 3:4 ayəsində eyvanın hündürlüyünün «120 qulac» olduğu deyilir, bu isə 53 metrə bərabərdir. Amma başqa mötəbər mətnlərdə «20 qulac» yazılıb, yəni 9 metr. Məbədin divarlarının ensiz olduğunu nəzərə alsaq, axırıncısı daha uyğundur (w24.10 s. 31).

Yığıncaq xidmətçisi «tək bir qadınla evli olmalıdır» deyiləndə nə nəzərdə tutulur? (1 Tim. 3:12).

Bu o deməkdir ki, onun yalnız bir arvadı olmalıdır və o, cinsi əxlaqsızlıq etməməlidir. Bundan əlavə, başqa qadınlara yersiz diqqət göstərməməlidir (w24.11 s. 19).

Nəyə əsasən deyə bilərik ki, Yəhya 6:53 ayəsi Ağanın şam yeməyinin necə keçirilməsi barədə deyil?

Yəhya 6:53 ayəsində İsanın bədənini yeməyin və qanını içməyin vacibliyindən danışılır. İsa bu sözləri eramızın 32-ci ilində demişdi. O bu sözləri Cəlilədə ona iman etməyən yəhudilərə ünvanlamışdı. Amma Ağanın şam yeməyi bir il sonra Yerusəlimdə təsis olunmuşdu. Həmin vaxt İsa onunla birlikdə göydə hakimiyyət sürəcək kəslərlə birlikdə idi (w24.12 s. 10—11).