TƏLİM MƏQALƏSİ 7
Yehova Atamızı dərin məhəbbətlə sevirik
«Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 YƏH. 4:19).
NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz
İCMAL *
1, 2. Yehova nəyə görə bizə ailəsinin bir hissəsi olmaq imkanı yaradıb və bunu necə edib?
YEHOVA bizi mömin bəndələrindən ibarət ailəsinin üzvü olmağa dəvət edib. Belə bir dəvəti almaq böyük şərəfdir! Ailəmizdəki hər kəs özünü Allaha həsr edib və İsa Məsihin fidyə qurbanlığına iman gətirir. Bizim ailəmiz çox xoşbəxtdir. Bu gün həyatımız mənalı keçir, gələcəkdə isə göydə və ya yerüzü Cənnətdə əbədi yaşamaq kimi gözəl imkanımız var.
2 Yehova bizi sevdiyi üçün ailəsinin bir hissəsi olmağımıza imkan yaradıb, amma bundan ötrü böyük qurban verib (Yəh. 3:16). Biz «baha qiymətə» alınmışıq (1 Kor. 6:20). Fidyə sayəsində Yehovaya yaxın olmaq imkanımız var. Kainatdakı ən uca Varlığa «Ata» deyə müraciət edə bilirik. Bundan əlavə, ötən məqalədə də deyildiyi kimi, Yehova mükəmməl Atadır.
3. Bizdə hansı suallar yarana bilər? (Həmçinin « Yehova mənə nəzər salır?» adlı çərçivəyə baxın.)
3 Müqəddəs Kitab yazarlarından biri demişdi: «Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm?» (Zəb. 116:12). Yəqin bu sual sizdə də yaranıb. Cavab isə odur ki, biz heç vaxt göydəki Atamızın borcundan çıxa bilmərik. Amma Onun məhəbbəti bizi Onu sevməyə təşviq edir. Həvari Yəhya yazmışdı: «Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 Yəh. 4:19). Göydəki Atamıza məhəbbətimizi necə göstərə bilərik?
YEHOVAYA BAĞLI QALIN
4. Yaqub 4:8 ayəsinə əsasən, nəyə görə Yehovaya yaxınlaşmağa can atmalıyıq?
4 Yehova Ona yaxın olmağımızı və Onunla ünsiyyətdə olmağımızı istəyir. (Yaqub 4:8 ayəsini oxuyun.) O bizi təşviq edir ki, daima dua edək və bizi dinləməyə hər an hazırdır (Rom. 12:12). Yehova nə yorulmur, nə də bizi dinləyə bilməyəcək qədər məşğul deyil. Biz isə Yehovanı Müqəddəs Kitabı və onu başa düşməyə kömək edən nəşrləri oxumaqla, həmçinin ibadət görüşlərinə diqqətlə qulaq asmaqla dinləyirik. Necə ki uşaq valideyni ilə ünsiyyət elədikcə ona yaxın olur, Yehova ilə müntəzəm ünsiyyət də bizi Ona yaxınlaşdırır.
5. Dualarımızı necə yaxşılaşdıra bilərik?
5 Dualarınızın hansı vəziyyətdə olduğu barədə düşünün. Yehova ürəyimizi Ona açmağımızı istəyir (Zəb. 62:8). Odur ki, növbəti sualın üzərində düşünməliyik: «Dualarım daha çox səthi yazılmış, surəti çıxarılmış məktuba bənzəyir, yoxsa əllə yazılmış səmimi məktuba?» Sözsüz ki, siz Yehovanı ürəkdən sevir və Onunla dostluq münasibətlərinizin möhkəm qalmasını istəyirsiniz. Bunun üçün Onunla müntəzəm ünsiyyətdə olmalısınız. Ən məhrəm hisslərinizi Ona deyin, sevincinizi, kədərinizi Onunla bölüşün. Əmin olun ki, kömək üçün Yehovaya üz tuta bilərsiniz.
6. Göydəki Atamızla yaxın münasibətimizi qorumaq üçün nə etməliyik?
6 Göydəki Atamızla yaxın münasibətimizi qorumaq üçün Ona hər zaman şükr etməliyik. Biz məzmurçunun sözlərinə şərikik: «Ey Allahım Yehova, gördüyün işlər saya gəlməz, möcüzələrin, bizimlə bağlı fikirlərin nə çoxdur! Onlardan danışmağa başlasam, sayıb qurtara bilmərəm. Sənin mislin-bərabərin yoxdur» (Zəb. 40:5). Biz Yehovaya minnətdarıq, lakin minnətdarlığımız hisslərimizlə bitmir, sözlərimiz və əməllərimizlə də bunu ifadə edirik. Bu bizi dünyadakı əksər insanlardan fərqləndirir. Bu gün insanlar Allahın onlar üçün etdiklərini qiymətləndirmirlər. Əslində, «axırzamanda» yaşadığımızı göstərən əlamətlərdən biri də insanların nankor olmasıdır (2 Tim. 3:1, 2). Gəlin heç vaxt belə insan olmayaq!
7. Yehova nə etməyimizi istəyir və nə üçün?
7 Heç bir valideyn istəməz ki, övladları bir-birilə dalaşsın, əksinə, onların mehriban olmasını istəyər. Eynilə, Yehova bütün övladlarının bir-birilə yaxşı yola getməsini istəyir. Əslində, bizim əsl məsihi olduğumuzu aramızdakı məhəbbət sübut edir (Yəh. 13:35). Biz növbəti sözləri yazan məzmurçu kimi düşünürük: «Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (Zəb. 133:1). Bacı-qardaşlarımızı sevməklə Yehovanı sevdiyimizi göstəririk (1 Yəh. 4:20). Biz «xeyirxah, şəfqətli» bacı-qardaşlardan ibarət ailənin bir üzvü olduğumuza görə çox xoşbəxtik! (Efes. 4:32).
İTAƏTKAR OLMAQLA MƏHƏBBƏTİNİZİ GÖSTƏRİN
8. 1 Yəhya 5:3 ayəsinə əsasən, Yehovaya itaət etməyimizin başlıca səbəbi nədir?
8 Necə ki Yehova uşaqların valideynlərinə itaət etməsini istəyir, bizdən də Özünə qarşı itaətkarlıq gözləyir (Efes. 6:1). Onun buna tam haqqı çatır, çünki bizi O yaradıb, yaşamaq üçün hər şeylə bizi O təmin edir. Üstəlik, heç bir atanın hikməti Onun hikmətinə çata bilməz. Bununla belə, bizi Yehovaya itaət etməyə təşviq edən başlıca səbəb Ona olan məhəbbətimizdir (1 Yəhya 5:3 ayəsini oxuyun.) Biz bir çox səbəbə görə Yehovaya itaət etməliyik, buna baxmayaraq, O bizi buna məcbur etmir. Yehova bizə iradə azadlığı kimi gözəl ənam bəxş edib və Ona məhəbbətdən irəli gələrək itaət edəndə çox sevinir.
9, 10. Allahın qayda-qanunlarını bilmək və onlara uyğun yaşamaq nə üçün vacibdir?
9 Valideynlər uşaqlarının təhlükəsizliyini istəyir. Buna görə də uşaqlarının rifahı üçün davranış qaydaları qoyur. Uşaqlar bu qaydalara tabe olanda valideynlərinə etibar elədiklərini, onlara hörmət qoyduqlarını göstərirlər. Məgər ucalarda olan Atamızın qoyduğu qayda-qanunları bilmək və onlara uyğun yaşamaq daha vacib deyil? Bununla biz göstəririk ki, Yehovanı sevir, Ona hörmət edirik. Üstəlik, bu bizim xeyrimizədir (Əşy. 48:17, 18). Yehovanı və Onun qayda-qanunlarını saymayanlar isə sonda özləri zərər çəkir (Qal. 6:7, 8).
10 Yehovanı məmnun edən həyat tərzi sürəndə özümüzü fiziki, emosional və ruhani zərərdən qoruyuruq. O bizim üçün nəyin ən yaxşı olduğunu bilir. Birləşmiş Ştatlarda yaşayan Arora bacı deyir: «Bilirəm ki, Yehovaya itaətkarlıq həmişə ən gözəl həyat bəxş edir». Bu hamıya aiddir. Yehovanın məhəbbətlə verdiyi buyruqlarına itaət etmək sizə hansı faydanı gətirib?
11. Dua bizə nədə kömək edir?
11 Dua itaətkarlıq göstərməyə kömək Zəb. 51:12). Öncül bacımız Denis deyir: «Yehovanın hansısa əmrinə tabe olmaq mənə çətin gələndə dua edirəm ki, Onun istədiyi kimi davranmağa güc versin». Əmin olun, Yehova bu cür duaları heç vaxt cavabsız qoymur (Luka 11:9—13).
edir, xüsusilə də bu bizə çətin gələndə. Bəzən Yehovaya itaət etmək bizə asan olmur, amma günaha meylimizlə daim mübarizə aparmalıyıq. Məzmurçu Allaha yalvararaq demişdi: «Sənə itaət etməyə həvəs oyat içimdə» (BAŞQALARINA YEHOVANI SEVMƏYƏ KÖMƏK EDİN
12. Efeslilərə 5:1 ayəsinə əsasən, nə etməliyik?
12 Efeslilərə 5:1 ayəsini oxuyun. «Allahın sevimli övladları kimi» Ona bənzəmək üçün əlimizdən gələni edirik. Məhəbbət göstərməklə, xeyirxah olmaqla və başqalarını bağışlamaqla Yehovaya bənzəmiş oluruq. Gözəl davranışımız başqalarında Yehovanı yaxından tanımaq istəyi oyada bilər (1 But. 2:12). Valideynlər uşaqları ilə rəftarda Yehovadan örnək almağa çalışmalıdır. Bu, uşaqları Yehova ilə dost olmağa təşviq edə bilər.
13. Cəsarətli olmaq üçün diqqətimizi nəyə cəmləməliyik?
13 Uşaqlar ataları ilə fəxr edir və onlar barədə danışmağı xoşlayırlar. Eynilə, biz də səmavi Atamızla qürur duyuruq və istəyirik ki, hamı Onu tanısın. Zəb. 34:2). Bəs əgər Yehova haqda danışmağa utanırıqsa, onda necə? Cəsarətli olmaq üçün nə edə bilərik? Yehova haqda danışmağımızın Onu nə qədər məmnun edəcəyi və Allahımız haqda biliyin insanlara necə fayda gətirəcəyi barədə düşünmək cəsarətimizi artıracaq. Yehova bizə lazım olan cəsarəti verəcək. Yehova birinci əsrdə yaşamış dindaşlarımıza cəsarətli olmağa kömək etdi. O bizə də kömək edəcək! (1 Salon. 2:2).
Biz növbəti sözləri deyən Davud padşahın hisslərini keçiririk: «Könlüm Yehova ilə öyünər» (14. Şagird hazırlamaq işinin vacibliyini göstərən səbəblərdən bəziləri hansıdır?
14 Yehova ayrı-seçkilik etməyən Allahdır. Odur ki, mənşəyindən asılı olmayaraq, hər kəsə məhəbbət göstərdiyimizi görəndə sevinir (Həv. 10:34, 35). İnsanlara məhəbbət göstərməyin ən yaxşı yollarından biri xoş xəbəri təbliğ etməkdir (Mət. 28:19, 20). Təbliğ işi hansı bəhrələri verir? Xoş xəbərə hay verənlərin həyatı yaxşılığa doğru dəyişə bilər, üstəlik, onların gələcəkdə əbədi yaşamaq ümidi yaranır (1 Tim. 4:16).
ATAMIZI SEVƏK VƏ XOŞBƏXT OLAQ
15, 16. Xoşbəxt olmağımız üçün hansı əsaslarımız var?
15 Yehova məhəbbətli Atadır, buna görə də ailəsinin xoşbəxt olmasını istəyir (Əşy. 65:14). Həyatda çətinliklərlə üzləşsək də, sevinmək üçün çoxlu əsasımız var. Misal üçün, səmavi Atamızın bizi dərin məhəbbətlə sevdiyinə əminik. Müqəddəs Kitabdan dəqiq biliyimiz var (Ərm. 15:16). Üstəlik, biz Yehovanı, Onun yüksək əxlaq normalarını sevən və bir-birinə məhəbbət bəsləyən möhtəşəm bir ailənin üzvləriyik (Zəb. 106:4, 5).
16 Biz həmişə xoşbəxt ola bilərik, çünki gələcəkdə bizi olduqca gözəl həyatın gözlədiyinə əminik. Bilirik ki, tezliklə Yehova yer üzündən bütün pislikləri məhv edəcək və Onun Padşahlığının idarəçiliyi altında yer üzü Cənnətə çevriləcək. Həmçinin ölən insanların dirilib əzizlərinə qovuşacağına inanırıq (Yəh. 5:28, 29). Bu, necə də möhtəşəm olacaq! Ən önəmlisi də odur ki, tezliklə göydə və yerdə yaşayan hər kəs məhəbbətli Atamıza layiq olduğu alqışı oxuyacaq, Ona həmd edəcək və önündə səcdə qılacaq!
NƏĞMƏ 12 Uca Allah Yehova
^ abz. 5 Atamız Yehova bizi dərin məhəbbətlə sevir və hər birimizi mömin bəndələrindən ibarət ailəsinə qəbul edib. Bu da bizi Onun məhəbbətinə məhəbbətlə qarşılıq verməyə təşviq edir. Bəs məhəbbətli Atamıza sevgimizi necə göstərə bilərik? Məqalədə bunu etməyin bəzi yolları müzakirə olunur.