Kontentə keç

Mündəricatı göstər

Hər şey bir təbəssümdən başladı!

Hər şey bir təbəssümdən başladı!

İKİ qız Filippinin Bagio şəhərində işgüzar ərazi ilə yol gedirdi. Onlar ictimai şahidlik arabasını gördülər, amma yaxınlaşmadılar. Arabanın yanında duran Helen adlı bacı onlara baxıb, mehribancasına gülümsədi. Bu qızlar yollarına davam etdilər, amma Helenin səmimi təbəssümü onların gözünün qabağından getmədi.

Daha sonra onlar avtobusla evlərinə qayıdarkən bir ibadət evinin divarında böyük lövhədə jw.org yazısını gördülər. Onların yadına düşdü ki, bu, daha öncə şahidlik arabasının üzərində gördükləri eyni yazıdır. İkisi də avtobusdan düşdü və ibadət evinə yaxınlaşdı. Orada darvazanın üstündəki cədvəldə müxtəlif yığıncaqların vaxtına göz gəzdirdilər.

Bu iki qız növbəti görüşlərdən birinə getdi. Onlar ibadət evinə daxil olanda kimi görsələr yaxşıdır? Heleni! Onlar dərhal tanıdılar ki, bu həmin mehriban təbəssümlü qadındır. Helen deyir: «Qızlar mənə tərəf gələndə bir az həyəcanlandım. Düşündüm ki, yəqin, nəyisə düz etməmişəm». Amma bu qızlar Helenə hər şeyi izah etdilər.

Həm görüş, həm də ünsiyyət qızların çox xoşuna gəldi. Onlar bacı-qardaşların yanında özlərini çox rahat hiss edirdi. Görüşdən sonra bacı-qardaşların ibadət evini təmizlədiyini görəndə onlar da kömək etmək istədiklərini dedilər. Qızlardan biri artıq bu ölkədə yaşamır, o biri qız isə ibadət görüşlərinə gəlməyə başladı və Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Hər şey bir təbəssümdən başladı!