Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TƏKLİF

Təzyiqlər qarşısında cəsarət göstərin

Təzyiqlər qarşısında cəsarət göstərin

Ərəmya 38:1—13 ayələrini oxuyun. Görün Ərəmya peyğəmbərin və məmur Əbədməlikin cəsarətindən nə öyrənirsiniz.

Konteksti təhlil edin. Nəyə görə Ərəmyaya Yehovanın xəbərini bəyan etmək üçün cəsarət lazım idi? (Ərm. 27:12—14; 28:15—17; 37:6—10). İnsanlar bu xəbəri necə qarşıladı? (Ərm. 37:15, 16).

Dərinliyə varın. Ərəmya hansı təzyiqlə üzləşdi? (jr-TK s. 27—28, abz. 20—22). Qədim dövrdəki quyular və su hovuzları barədə araşdırma aparın (it-2-U s. 1192). Sizcə, Ərəmya özünü lilli quyuda necə hiss edirdi? Əbədməlik hansı qorxularına üstün gəlməli idi? (w12-TK 1/5 s. 31, abz. 2, 3).

Nə öyrəndiniz? Düşünün:

  • «Bu hadisədən öyrəndiklərimə əsasən Yehova sadiq xidmətçilərini necə qoruyur?» (Zəb. 97:10; Ərm. 39:15—18).

  • «Mən hansı vəziyyətlərdə cəsarət göstərməliyəm?»

  • «Təzyiq qarşısında düzgün davranmağım üçün cəsarətimi necə möhkəmləndirə bilərəm?» (w11-TK 1/3 s. 30) a.

a Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2023-cü il iyul sayından «Mütaliə üçün tövsiyə» adlı məqaləyə baxın.