TƏLİM MƏQALƏSİ 29
«Mən zəif olanda güclüyəm»
«Məsih uğrunda zəifliklərə, təhqirlərə, sıxıntılara, təqiblərə, çətinliklərə qatlaşmaqdan həzz alıram» (2 KOR. 12:10).
NƏĞMƏ 38 Allah səni güclü edəcək
İCMAL *
1. Həvari Bulus nəyi etiraf etmişdi?
HƏVARİ BULUS bəzən özünü zəif hiss etdiyini etiraf etmişdi. O, bədəninin solduğunu, yəni düzgün iş görmək üçün özü ilə mübarizə apardığını və dualarına həmişə istədiyi kimi cavab almadığını demişdi (2 Kor. 4:16; 12:7—9; Rom. 7:21—23). Bundan əlavə, Bulus əleyhdarlarının onu zəif * hesab etdiyini söyləmişdi. Amma o qoymurdu ki, başqalarının mənfi fikirlərinə, yaxud öz zəif cəhətlərinə görə özünü lazımsız hiss etsin (2 Kor. 10:10—12, 17, 18).
2. 2 Korinflilərə 12:9, 10 ayələrinə əsasən, həvari Bulus nə öyrəndi?
2 Bulus dəyərli bir şey öyrəndi: başa düşdü ki, insan hətta zəif olanda belə güclü ola bilər. (2 Korinflilərə 12:9, 10 ayələrini oxuyun.) Yehova Bulusa demişdi ki, «sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir». Yəni Bulusda çatışmayan gücü Yehova verəcəkdi. İlk öncə, gəlin görək nə üçün əleyhdarlarımız bizi təhqir edəndə ruhdan düşməməliyik.
«TƏHQİRLƏRƏ... QATLAŞMAQDAN HƏZZ ALIRAM»
3. Nəyə görə təhqirlərə qatlaşmaqdan həzz alırıq?
3 Heç birimiz təhqirə məruz qalmaq istəmirik. Lakin düşmənlərimiz bizi təhqir edəndə onların dediklərini ürəyimizə salsaq, ruhdan düşə bilərik (Məs. 24:10). Bəs onda təhqirlərə necə yanaşmalıyıq? Bulus kimi, biz də təhqirlərdən həzz almalıyıq (2 Kor. 12:10). Çünki təhqir və təqiblərlə üzləşməyimiz İsanın həqiqi davamçısı olduğumuzu göstərir (1 But. 4:14). İsa davamçılarının təqib olunacağını demişdi (Yəh. 15:18—20). Birinci əsrdə onun dediyi kimi oldu. Yunan mədəniyyətinin təsiri altında olanlar məsihilərə yuxarıdan aşağı baxır, onları dardüşüncəli hesab edirdilər. Yəhudilər də məsihiləri savadsız, sadə adam hesab edirdi, məsələn, onlar Butrus və Yəhyaya belə yanaşırdı (Həv. 4:13). Məsihilər kənardan zəif görünürdü; onların nə siyasi nüfuzu, nə də hərbi qüvvəsi var idi. Onlara cəmiyyətin qalığı kimi baxırdılar.
4. Birinci əsrdəki məsihilər əleyhdarlarının pis münasibətinə necə yanaşırdı?
4 Bəs əleyhdarların bu cür münasibəti məsihilərin əl-qolunu yanına saldı? Xeyr. Məsələn, həvari Bulus və Yəhya İsanın ardınca getdiklərinə və onun təlimlərini yaydıqlarına görə təqib olunmağı özlərinə şərəf hesab edirdilər (Həv. 4:18—21; 5:27—29, 40—42). Onların utanmalarına heç bir səbəb yox idi. Çünki bu təvazökar məsihilər əleyhdarlarının heç birinin etmədiyi xeyirxah işlər edirdilər. Məsələn, bu məsihilərdən bəzilərinin Allahın ilhamı ilə yazdığı kitablar bu günədək milyonlarla insana fayda gətirir və ümid bəxş edir. Onların müjdələdiyi Padşahlıq hal-hazırda idarə edir, gələcəkdə isə bütün bəşəriyyət üzərində hakimiyyət sürəcək (Mət. 24:14). Məsihiləri təqib edən qüdrətli Roma hökuməti bu gün tarixin kül yığınına çevrilib, həmin sadiq məsihilər isə göydə padşah kimi idarə edir. Onların düşmənləri isə ölüb, işdir, gələcəkdə dirilsələr belə, onlar nifrət etdiyi məsihilərin müjdələdiyi Padşahlığın tabeliyində olacaqlar (Vəhy 5:10).
5. Yəhya 15:19 ayəsinə əsasən, nəyə görə dünya Yehovanın xalqına xor baxır?
5 Bu gün də bəzi insanlar Yehovanın xalqı olan bizlərə xor baxır və bizi savadsız, dardüşüncəli hesab edib lağa qoyurlar. Nə üçün? Çünki biz onların baxışlarına şərik deyilik. Biz təvazökar, həlim, itaətkar olmağa çalışırıq. Bu dünyadakı insanlar isə qürurlu, lovğa və üsyankar insanları bəyənir. Üstəlik, biz siyasətə qarışmırıq, heç bir ölkənin hərbi qüvvələrinə qoşulmuruq. Bu dünyanın qəlibinə uyğun gəlmədiyimiz üçün heç sayılırıq. (Yəhya 15:19 ayəsini oxuyun; Rom. 12:2.)
6. Yehova xalqı vasitəsilə nələri həyata keçirir?
6 Dünyanın bizim haqda nə düşünməsindən asılı olmayaraq, Yehova bizə şərəfli işlər həvalə edib. O bizim vasitəmizlə tarixdə görünməmiş miqyasda təbliğ işini həyata keçirir. Bu gün Yehovanın xidmətçiləri dünyada ən çox dilə tərcümə olunmuş və ən geniş yayılmış jurnallar nəşr edir, Müqəddəs Kitabın vasitəsilə milyonlarla insana həyatda xoşbəxtlik tapmağa kömək edir. Bütün bu möhtəşəm nailiyyətlər Yehovanın sayəsindədir; O, dünyanın zəif sandığı insanlar vasitəsilə belə qüdrətli işlər həyata keçirir. Bəs ayrı-ayrılıqda hər birimiz haqda nə demək olar? Yehova bizi güclü edə bilər? Bəs bunun üçün nə etməliyik? Gəlin həvari Bulusun həyatına nəzər salaq, görək ondan üç sahədə nə öyrənə bilərik.
ÖZ GÜCÜNÜZƏ GÜVƏNMƏYİN
7. Həvari Bulusdan öyrəndiyimiz birinci dərs hansıdır?
7 Həvari Bulusdan öyrənə biləcəyimiz birinci dərs: məsihi Yehovaya xidmətdə Həv. 5:34; 22:3). Həmin vaxt Bulus yəhudi cəmiyyətində müəyyən nüfuza sahib idi. O demişdi: «Yəhudi məzhəbində soydaşlarım arasında bir çox həmyaşıdımdan xeyli qabağa getmişdim» (Qal. 1:13, 14; Həv. 26:4). Buna baxmayaraq, Bulus özünə güvənmirdi.
öz gücünə və bacarığına güvənməməlidir. İnsan düşüncəsi ilə Bulusun qürurlanmağa, özünə arxalanmağa tam əsası var idi. O, Roma əyaləti Kilikiyanın paytaxtı Tarsda böyümüşdü. Tars öz dövrünə görə inkişaf etmiş şəhər idi və orada məşhur elm ocağı var idi. Bulus yüksək təhsilli insan idi, o, həmin vaxt ən hörmətli yəhudi müəllimlərindən biri olan Qəmlaildən dərs almışdı (8. Filippililərə 3:8 ayəsinə əsasən, Bulus vaz keçdiyi şeylərə necə baxırdı və nəyə görə o, zəifliklərə qatlaşmaqdan həzz alırdı?
8 Bulus dünyanın gözündə onu nüfuzlu edən hər şeydən böyük məmnuniyyətlə vaz keçmişdi. O, əvvəllər sahib olduğu bütün bu şeyləri zibil hesab edirdi. (Filippililərə 3:8 ayəsini oxuyun.) Məsihi olmaq üçün o, çox əngəllər aşmışdı. Xalqının nifrətinə tuş gəlmişdi (Həv. 23:12—14). Həmvətənləri, romalılar onu döymüş və həbs etmişdilər (Həv. 16:19—24, 37). Bir tərəfdən də, o öz zəif cəhətlərindən agah idi, bu da ona əzab verirdi (Rom. 7:21—25). Lakin əleyhdarlarının pis münasibətinə və öz səhvlərinə baxmayaraq, təslim olmurdu, zəifliklərə qatlaşmaqdan həzz alırdı. Çünki o öz həyatında Yehovanın gücünü məhz zəif olanda hiss edirdi (2 Kor. 4:7; 12:10).
9. Bu dünyanın gözündə bizi zəif kimi göstərən şeylərə necə baxmalıyıq?
9 Bizim dəyərimizi fiziki gücümüz, təhsilimiz, mədəniyyətimiz və maddi imkanlarımız müəyyən etmir. Bizi Yehova üçün yararlı edən bu şeylər deyil. Yehovanın xalqı arasında «insan gözü ilə baxsaq, müdrik, güclü, əsil-nəcabətli adam çox deyil». Yehova «dünyanın zəif saydığı adamları» seçib (1 Kor. 1:26, 27). Buna görə də dünyanın qoyduğu meyarlara uyğun gəlmiriksə, bu o demək deyil ki, Yehovaya xidmət üçün yararsızıq. Əksinə, zəifliyimizə fürsət kimi, Yehovanın gücünü görmək fürsəti kimi baxmalıyıq. Məsələn, etiqadınıza kinayə ilə baxan insanlardan qorxursunuzsa, Yehovaya dua edin ki, imanınızı müdafiə etmək üçün sizə cəsarət versin (Efes. 6:19, 20). Xroniki xəstəlikdən əziyyət çəkirsinizsə, Yehovaya dua edin ki, Ona bacardığınız qədər xidmət etmək üçün sizə güc versin. Hər dəfə Yehovanın köməyini hiss etdikcə imanınız artacaq və siz güclü olacaqsınız.
MÜQƏDDƏS KİTAB ÖRNƏKLƏRİ
10. İbranilərə 11:32—34 ayələrində adı çəkilən mömin bəndələrin nümunəsini nə üçün araşdırmalıyıq?
10 Həvari Bulus Müqəddəs Yazıları araşdırmaqda mahir idi. O, təkcə bilik əldə etməmişdi, oradakı iman örnəklərindən də çox şey öyrənmişdi. Bulus ibrani məsihilərə yazdığı məktubda Yehovanın sədaqətli xidmətçilərinin adlarını sadalamışdı və məsihiləri onlardan nümunə götürməyə təşviq etmişdi. (İbranilərə 11:32—34 ayələrini oxuyun.) Gəlin bu mömin bəndələrdən birinin, Davud padşahın nümunəsinə nəzər salaq. Düşmənləri bir yana qalsın, bir zamanlar onunla yaxın dost olan insanlar da ona qarşı çıxmışdı. Davudun nümunəsini nəzərdən keçirdikcə görəcəyik ki, onun həyat yolu haqda düşünmək Bulusu necə gücləndirmişdi və biz Bulusdan nə öyrənirik.
11. Nəyə görə Davud qıraqdan zəif görünürdü? (Üz qabığındakı şəklə baxın.)
11 Davud fiziki cəhətdən ondan güclü olan Calutun yanında zəif görünürdü. Calut Davudu görəndə həqarətlə güldü. Doğrudan da, Calut nəhəng idi, daha yaxşı silahlanmışdı, daha yaxşı döyüş təlimi keçmişdi. Davud isə zəif silahlanmış, naşı bir gənc kimi görünürdü. Amma o, zəif görünsə də, əslində, güclü idi. Çünki Yehovaya güvənirdi və Onun verdiyi güc sayəsində düşməninə qalib gəldi (1 İşm. 17:41—45, 50).
12. Davudun başqa hansı çətinliyi var idi?
12 Davud başqa bir səbəbə görə də özünü zəif və gücsüz hiss edə bilərdi. O, Yehovanın təyin etdiyi İsrail padşahı Talutun qulluğunda sədaqətlə dayanırdı. Əvvəl-əvvəl Talut padşahın Davuda münasibəti yaxşı idi. Amma sonralar qürur ucbatından ona paxıllıq etməyə başladı. O, Davudla pis rəftar edirdi, hətta dəfələrlə onu öldürməyə cəhd etmişdi (1 İşm. 18:6—9, 29; 19:9—11).
13. Talut padşahın haqsız rəftarına baxmayaraq, Davud necə davrandı?
13 Talut padşahın haqsız rəftarına baxmayaraq, Davud yenə də Yehovanın təyin etdiyi bu padşaha hörmət göstərirdi (1 İşm. 24:6). O, Talutun əlindən çəkdiyi əzablara görə Yehovanı günahlandırmırdı. Əksinə, əmin idi ki, Yehova ona həyatının bu çətin dönəmində dözməyə güc verəcək (Zəb. 18:1, müqəddimə).
14. Həvari Bulus Davudun üzləşdiyi hansı oxşar vəziyyətlə üzləşmişdi?
14 Həvari Bulus Davudun üzləşdiyi oxşar vəziyyətlə üzləşmişdi. Düşmənləri Bulusdan çox güclü idi. O dövrün bir çox nüfuzlu rəhbəri ona nifrət edirdi. Dəfələrlə onu döydürüb, həbsə atdırmışdılar. Davud kimi, Bulus da ona 2 Kor. 12:11; Filip. 3:18). Amma Bulus ona qarşı çıxanlara yenilmədi. Üzləşdiyi təqiblərə rəğmən, təbliğ etməyə davam edirdi. Bacı-qardaşlar onun etimadını doğrultmayanda belə onlardan üz çevirmirdi. Ən əsası isə ömrünün axırına qədər Allaha sadiq qaldı (2 Tim. 4:8). O, bütün bunları öz gücünə yox, Yehovaya güvəndiyi üçün bacardı.
dost olmalı insanlar tərəfindən pis rəftara məruz qalmışdı. Yığıncaqda bəziləri hətta ona düşmən kəsilmişdi (15. Məqsədimiz nədir və ona necə nail ola bilərik?
15 Bəs siz sinif və iş yoldaşlarınız, yaxud Yehovanın Şahidi olmayan ailə üzvləriniz tərəfindən təhqirlərə və təqiblərə məruz qalırsınız? Bəlkə də, yığıncaqdan kimsə sizinlə pis rəftar edib. Bu zaman Davudun və Bulusun nümunəsini yadınıza salın. Siz bundan sonra da pisliyə yaxşılıqla qalib gələ bilərsiniz (Rom. 12:21). Təbii ki, pis rəftara məruz qalanda insanların alnına Davud kimi daş atmayacağıq, onların ağlına və ürəyinə Allahın Kəlamını sancacağıq. Bu məqsədə çatmaq üçün insanların sualına Müqəddəs Kitabdan cavab verməli, bizimlə pis rəftar edənlərlə hörmətcil və mehriban davranmalı, hətta düşmənlərimizə yaxşılıq etməliyik (Mət. 5:44; 1 But. 3:15—17).
KÖMƏYİ QƏBUL EDİN
16, 17. Həvari Bulus hansı dərsi ömrünün sonuna kimi unutmadı?
16 Həvari Bulus məsihi olmazdan qabaq İsanın davamçılarını təqib edən azğın adam idi (Həv. 7:58; 1 Tim. 1:13). O vaxtlar Şaul adlanan Bulusun məsihi yığıncağına hücum etməsinin qarşısını almaq üçün İsa Məsih özü müdaxilə etmişdi. O, qeybdən Bulusla danışmış, onu kor etmişdi. Gözlərinin yenidən açılması üçün Bulus təqib etdiyi insanlardan kömək istəməli idi. O, təvazökarlıq göstərib Hənənya adlı şagirdin köməyini qəbul etdi və gözləri açıldı (Həv. 9:3—9, 17, 18).
17 Sonralar Bulus məsihi yığıncağının görkəmli üzvü oldu. Amma Dəməşqə gedən yolda Məsihin ona verdiyi dərsi ömrünün sonuna kimi unutmadı. Bulus təvazökar qaldı, o, bacı-qardaşların köməyini qəbul etməyə həmişə hazır idi. Bulus dindaşlarının ona dayaq olduğunu demişdi (18. Nəyə görə başqalarının köməyini qəbul etmək bəzən çətin olur?
18 Həvari Bulusdan nə öyrənirik? Biz Yehovanın Şahidləri ilə təzə-təzə tanış olanda başa düşürdük ki, hələ ruhani cəhətdən körpəyik, çox şeyi bilmirik, buna görə də başqalarının köməyini həvəslə qəbul edirdik (1 Kor. 3:1, 2). Bəs indi? Ola bilsin, Yehovaya uzun illərdir xidmət edirik, təcrübəmiz çoxdur, buna görə də başqalarından, xüsusilə də həqiqətə bizdən sonra gələn insandan köməyi qəbul etmək bizə çətin gələ bilər. Amma Yehova çox vaxt bizi məhz bacı-qardaşlarımız vasitəsilə möhkəmləndirir (Rom. 1:11, 12). Yehovadan güc almaq istəyiriksə, bu danılmaz faktı qəbul etməliyik.
19. Bulusun uğurunun sirri nə idi?
19 Bulus məsihi olandan sonra böyük işlər gördü. Nəyin sayəsində? O öz təcrübəsindən öyrəndi ki, uğur insanın fiziki gücündən, təhsilindən, maddi və sosial vəziyyətindən yox, təvazökar olmasından və Yehovaya güvənməsindən asılıdır. Gəlin biz də həvari Bulus kimi 1) Yehovaya güvənək, 2) Müqəddəs Kitabdakı mömin bəndələrdən örnək alaq və 3) dindaşlarımızın köməyini qəbul edək. Bunları etsək, özümüzü çox zəif hiss etdiyimiz anlarda belə, Yehova bizi güclü edəcək!
NƏĞMƏ 71 Biz Yehovanın ordusuyuq!
^ abz. 5 Bu məqalədə həvari Bulusun nümunəsini araşdıracağıq. Öyrənəcəyik ki, təvazökar olsaq, Yehova rişxəndlərə və zəifliklərimizə tab gətirməyə güc verəcək.
^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI. Biz müəyyən səbəblərə görə, məsələn, qeyri-kamil, kasıb, xəstə və ya az təhsilli olduğumuza görə özümüzü zəif hiss edə bilərik. Üstəlik, düşmənlərimiz alçaldıcı sözləri, pis rəftarı ilə bizi əzməyə çalışır.